Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis millimizə təyinatı, ölkəmiz və Premyer Liqamızın səviyyəsi haqda danışıb.
- Yeni ili necə qarşıladınız? İstirahət edə və güc toplaya bildinizmi?
- Dekabrın 22-nə qədər Bakıda qaldım. Daha sonra Zaqrebə getdim və Yeni ili ailəm və qohumlarımla keçirdim. Bayram çox əyləncəli keçdi və mən müsbət enerji toplaya bildim.
- Azərbaycan millisinə təyinatınız haqda danışardınız. Sizinlə Bosniya və Hersoqovina yığması da maraqlanırdı. Niyə məhz Azərbaycan millisini seçdiniz?
- AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış olduq. İlk dəfə orada danışdıq və görüş çox maraqlı alındı. Bir neçə gün keçdikdən sonra biz yenidən görüşdük və bu dəfə daha ətraflı söhbətimiz oldu. Daha sonra Bosniya və Hersoqovina variantı ortaya çıxdı. Ancaq mən Azərbaycan millisinə üstünlük verdim. Bu, sözün həqiqə mənasında böyük bir layihədir. Gələcəyi parlaq görürəm. Azərbaycanda işləmək mümkündür və bunun üçün hər cür şərait var. Bəli, Bosniya və Hersoqovinanın Avropanın aparıcı çempionatlarında çıxış edən yaxşı futbolçuları var. Lakin Azərbaycan millisində çalışmaq mənə daha cəlbedici gəldi. Burada söhbət puldan getmir. Çoxları belə düşünə bilər. Ümumiyyətlə, futbolda hər şey pulla ölçülmür. Burada daha vacib amillər var. Əlbəttə, bu seçimimdə Azərbaycan yığmasının mənimlə Bosniya və Hersoqovinadan öncə maraqlanması da böyük rol oynadı.
- Qarşınıza hansı vəzifələr qoyulub və siz nəyə ümid edirsiniz?
- Çox təəssüf ki, Azərbaycan yığması "Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 4 oyundan bir xal belə toplaya bilmədi. Bu səbəbdən futbolçuların psixoloji durumu yaxşı vəziyyətdə deyil. Hazırda əsas məqsəd futbolçuların psixoloji durumunu yaxşılaşdırmaqdır. Futbolçulara qələbə ruhunu və özünəinamı qaytarmalıyıq. Seçmə mərhələdə turnir cədvəlində mümkün qədər irəliləmək istəyirik. Bəli, bunu etmək çətin olacaq. Amma bizdə böyük potensiala malik gənc futbolçular var. Azərbaycan millisi ilə müqavilə imzaladıqdan sonra bir sıra futbolçuları izləmək imkanım oldu. Onların sırasında diqqətimi çəkən xeyli futbolçu var idi. Ad çəkməyəcəm, ancaq onlara inanıram.
- Sizin rəhbərliyiniz altında Azərbaycan millisindən Berti Foqtsun zamanındakı komandanın oyununu gözləmək olarmı? Siz dəfələrlə hücum futboluna üstünlük verəcəyinizi bəyan etmisiniz. Ancaq komandanın belə oyun sərgil'mək potensialı varmı?
- İlk olaraq ondan başlayım ki, futbolda müdafiə olunmaq hücum etməkdən daha asandır. Dəyişikliklərə gəlincə, bu, həm oyun sistemində, həm də heyətdə olacaq. Hücumda daha səmərəli, fərqli şeylər etməyə potensialımız var. Futbolçular təkcə irəli qaçmalı deyil, həm də yaxşı oyun sərgiləməlidirlər. Təbii ki, bu, asan olmayacaq. Ancaq bunun üçün çalışacağıq.
- Azərbaycan futbolundakı infrastruktur haqda nə deyə bilərsiniz?
- Azərbaycanda infrastruktur çox yaxşıdır. Burada yeni stadionlar və idman komleksləri inşa olunur. Bunları öz gözlərimlə görmüşəm və düşünürəm ki, bu bütün ölkə üçün faydalı olacaq. Azərbaycanda futbol oynamaq üçün hər şərait yaradılıb.
- Azərbaycan Premyer Liqasının səviyyəsi haqda fikirləriniz öyrənək...
- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Premyer Liqanın oyunları maraqlı keçir. Burada 3-4 yaxşı komanda var. Məsələn, Avropa Liqasının pley-off mərhələsinin astanasında dayandırılan "Qarabağ" klubunu misal çəkmək olar. Premyer Liqada güclü klubların heyətlərində xeyli səviyyəli legioner futbolçular çıxış edir. "Qarabağ"da bunlar Reynaldo və Riçard Almeydadır. Belə futbolçularla birgə oynamaları yerli oyunçuları da güclü edir və onlara təcrübə qazandırır. Ümumiyyətlə, Azərbaycandakı legioner limiti (meydana çıxacaq 11 futbolçudan ən azı 5-i yerli oyunçu, onlardan da 1-nin yaşı 21-dən az olmalıdır) məni qane edir. Əsas budur ki, meydandakı legioner futbolçular yerli oyunçulardan üstün olsun. Belə vəziyyətdə yerli futbolçular da sürətlə inkişaf edərək, güclənəcəklər.
- Ümumilikdə, Azərbaycan haqda nə söyləyə bilərsiniz?
- Azərbaycan və Bakı mənim çox xoşuma gəlir. Bakı çox gözəl şəhərdir. Xüsusilə, memarlıq abidələri ilə çox cəlbedicidir. Bu şəhər sürətlə inkişaf edir. Böyük investisiyaların qoyulması hər şeydən xəbər verir. Mənim ailəmlə Azərbaycana gedişim, bu ölkəyə olan münasibətimin əsas göstəricisidir. Qızlarım Bakı məktəblərində təhsil alacaqlar. Burada yaxşı həyat üçün hər şey var. Azərbaycanı tanıyırdım, ancaq orada heç vaxt olmamışdım. Təklif alan kimi internetdən bu ölkə haqda maraqlandım. Müasir dövrdə internet vasitəsilə dünyanın istənilən nöqtəsi haqda məlumat almaq mümkündür. İlk işim şəkillərə və Bakının videoroliklərinə baxmaq oldu, sonra araşdırmağa davam etdim.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib