Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 5 Yanvar 2015 / 21:09 5025
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci beynəlxalq turnirdə milli komandamızın növbəti mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, millimiz ikinci mərhələdə H qrupunda yer alacaq. Millimizin rəqibləri isə Sankt-Peterburq və Cənubi Koreya yığmaları olacaq.

Yığmamız ilk matçını yanvarın 7-də Sankt-Peterburqa qarşı keçirəcək. Növbəti oyun isə yanvarın 8-də baş tutacaq. Həmin gün Nikolay Adamın komandası Cənubi Koreya ilə üz-üzə gələcək. Hər iki matç yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 17:30-da ) start götürəcək.

Qeyd edək ki, millimiz H qrupunda birinci yer tutacağı halda son oyun günündə finalda, qrupda ikinci olacağı təqdirdə bürünc medallar, qrupda sonuncu olacağı zamanı isə beşinci yer uğrunda mübarizə aparacaq.

 


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner