"Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının hazırlıq planı, transferlər və çempionluq yolundakı rəqibləri haqda danışıb.
- İlk olaraq komandanın hazırlıq planı barədə məlumat verərdiniz...
- Plana uyğun olaraq bu gündən hazırlıq mərhələsinə başladıq. Artıq ilk məşqimizi keçmişik. Sabahdan etibarən gündə iki məşqimiz olacaq. Səhər hazırlığı əsasən fiziki tapşırıqlar üzərində qurulacaq. Axşam isə toplu çalışmalara üstünlük verəcəyik. Yanvar ayının 10-da Bakıdakı hazırlığımız yekunlaşacaq. Ertəsi gün Antalyaya yollanacağıq. Məşqlərimiz orada davam edəcək. Yanvarın 24-ə kimi 6 yoxlama oyunu keçirməyi də nəzərdə tutmuşuq.
- Türkiyəyə yollanacaq heyətə gənc futbolçular cəlb olunacaqmı?
- Biz Türkiyəyə iki heyətlə yollanacağıq. Orada keçirəcəyimiz yoxlama oyunlarında gənc futbolçulara da şans verəcəyik. İstəyirik ki, onlar da əsas komandaya uyğunlaşsınlar. Bu oyunlarda çatışmayan cəhətlərimizi daha aydın görə biləcəyik və hazırlıq prosesi bitənə kimi istədiyimiz komandanı formalaşdırmağa çalışacağıq.
- Yeni futbolçuların transferi ilə bağlı nə düşünürsünüz?
- Klubumuzun inkişaf strategiyasının əsasında gənc yerli futbolçuların inkişafı dayanır. Hazırda komandamızda yetərli qədər legioner futbolçu var. Daha əvvəl də dediyim kimi əcnəbi futbolçu transfer etməyi düşünmürük. Ola bilsin ki, yerli futbolçular dəvət etdik. Hazırda danışıqlar apardığımız futbolçular var. Amma, bu haqda keçid rəsmiləşərsə, ictimaiyyətə rəsmi məlumat veriləcək.
- Həm çempionat, həm də ölkə kubokunda mübarizə aparmaq çətin olmayacaq ki?
- Həm kubok, həm də çempionatda hədəfimiz maksimum nəticə göstərməkdir. Çempionluq üçün sona kimi mübarizə aparacağıq. Hazırlıq mərhələsi zamanı bəzi mövqeləri gücləndirməyə çalışacağıq. Bu vaxtdan ən səmərəli şəkildə yararlanmalıyıq.
- Çempionluq yolunda əsas rəqiblər hansı komandalardır?
- Bütün rəqiblər "Neftçi"yə qarşı var-qüvvəsi ilə oynayır. Hər oyuna ən yüksək səviyyədə köklənməlisən. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionluq uğrunda əsas rəqiblərimizə gəldikdə isə düşünürəm ki, "Neftçi" ilə yanaşı "Qarabağ", "İnter" və "Qəbələ" klubları daha şanslıdır.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə