Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin üzvlüyünə namizəd Eddi İsrafilovun AFFA ilə danışıqlar üçün Bakıya gələcəyi haqda yayılan xəbərə münasibət bildirib.
O, Qol.Az-a açıqlamasında anası azərbaycanlı olan yarımmüdafiəçiyə şans verilməli olduğunu deyib:
“Milliyə oyunçular dəvət olunanda idman prinsiplərini rəhbər tutmaq lazımdır. Ancaq burada sırf peşəkarlığı yox, insani keyfiyyətlər də nəzərdən keçirilməlidir. İsrafilovu sınadıqdan sonra qərar vermək olar. İspaniya La Liqasında çıxış etmək hələ o demək deyil ki, o, yığmamıza xeyir verə bilər”.
Millimizin sabiq baş məşqçisi İsrafilovun daha əvvəl yığmamızda oynaması üçün AFFA-dan 1 milyon avro tələb etməsini xatırladıb. O qeyd edib ki, futbolçu səhvini dərk edibsə, onu milliyə dəvət etmək olar: “Hər bir insan səhv edə bilər. Özünü daxilən azərbaycanlı hesab edən və millimizə kömək etmək istəyən futbolçu düşünməlidir ki, pul önəmli deyil. Millidə oynayan şəxs komandasına görə hər şeyə hazır olmalıdır. Hər bir insana Allah tərəfindən şans verilir. Biz də İsrafilova şans verməli və onu sınamalıyıq. Əgər dərk etsə ki, millidə pula görə oynamırlar, komandan üçün canını qoymalısan, onda ona şərait yaratmaq olar ki, yığmamızda çıxış etsin”.
V.Sadıqov yaxın günlərdə millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşəcəklərini və bu məsələnin də müzakirə ediləcəyini bildirib: “Sabah Məşqçilər Komitəsinin iclası olacaq. Bəzi məsələləri müzakirə edəcəyik. Prosineçki ilə görüşdən sonra bu haqda daha ətraflı danışa bilərik. Çalışırıq ki, baş məşqçi ilə görüşüb lazım olan məlumatı əldə edək və biz də ona bəzi tövsiyələrimiz verək”.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə