"Elazığspor"dan ayrılmaq istəmirəm" - Cavid İmamverdiyev

"Elazığspor"dan ayrılmaq istəmirəm" - Cavid İmamverdiyev
ÖLKƏ FUTBOLU 1 Yanvar 2015 / 18:34 6635
-  A +

Türkiyənin “Elazığspor” klubunun azərbaycanlı yarımmüdafiəçisi Cavid İmamverdiyev bir müddət əvvəl komandadan ayrılmaq istəməsinin səbəblərini izah edib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü  Türkiyə mətbuatına açıqlamasında atasının səhətində problem olduğu üçün  müəyyən müddətə Azərbaycanda qalmalı olduğunu bildirib:

”Elasığspor”u və onun azarkeşlərini çox sevirəm. Ancaq çətin günlərində atamın  yanında olmalıydım. Baş məşqçimiz Ümit Özatla görüşdüm və ona bildirdim ki, ailəm Elazığda qala bilmir. Çünki heç vaxt vətəndən qıraqda yaşamayıblar. Üstəlik atam xəstə olduğu üçün Bakıya qayıtmalı idik. “Elazığspor”da ayrılmaq istəmirəm. Problemləri yoluna qoyub komandamda qalacam. Klub prezidentimiz Səlcuk Öztürkün qərarını gözləyirəm. O, necə isətəsə, elə də olacaq”.

C. İmamverdiyevin Elazığa gəldiyini və komanda ilə məşqlərə başladığını deyən klubun idman direktoru Mehmet Kaplan isə futbolçunu komandada saxlamaq istədiklərini bildirib: “Əlin gələni edirik ki, Cavidin ailəsini Türkiyəyə gəlmələri  üçün razı salaq.  Onun kimi istedadlı futbolçunun komandamızda olmağından məmnunuq”.

Qeyd edək ki, C.İmamverdiyev "Elazığspor"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Netçi" klubuna məxsusdur.

Son xəbərlər
27.06.24  18:09

Abel Ruiz "Jirona"da

27.06.24  12:35

Ronaldo ilk dəfə...