"Qəbələ" ilə bu ilkləri yaşamaq çox gözəl idi" - Dodo

"Qəbələ" ilə bu ilkləri yaşamaq çox gözəl idi" - Dodo
ÖLKƏ FUTBOLU 30 Dekabr 2014 / 17:26 3081
-  A +

"2014-cü il “Qəbələ”ni mənə biraz da doğmalaşdırdı. Doğma komandamda 4-cü ilimi tamamladım. Arxada qoyduğumuz il xoş xatirələr və böyük həyəcanla yadda qaldı. Premyer Liqanın bürünc medallarını qazandıq, Azərbaycan Kubokunun finalına qədər irəlilədik, ilk dəfə Avropa Liqasında çıxış etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun futbolçusu Dodo 2014-cü ili dəyərləndirərkən deyib.

Başa çatan ili özü üçün qiymətli hesab edən  braziliyalı yarımmüdafiəçi qış fasiləsindən sonra daha yaxşı çıxış edəcəklərini bildirib: “Qəbələ” ilə bu ilkləri yaşamaq çox gözəl idi. Şəxsi həyatımda da yaddaqalan hadisələr baş verdi. Atalıq sevinci yaşadım, oğul övladım dünyaya gəldi. Növbəti – 2015-ci ilin də uğurlu olmasını arzulayıram. “Qəbələ”ni layiq olduğu yerlərə daşımağa borcluyuq. İstəyirəm ki, komandamız yenidən Avropa miqyaslı turnirlərdə oynamaq hüququ qazansın. Və biz bu şansdan layiqincə yararlanaq".

Daha çox


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza