"Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Başa çatmaqda olan 2014-cü ili “Neftçi” üçün necə qiymətləndirmək olar?
- “Neftçi” bu il Avroliqanın “pley-off” mərhələsinə qədər irəlilədi. Mən “Neftçi”yə sentyabr ayında gəldim. Artıq çempionatın üç turu arxada qalmışdı. Heyəti qurmaqda çətinlik çəkirdik. Əsasən yerli futbolçuların qıtlığı var idi. Bunları nəzərə alaraq, bugünkü mövqeyimizi qənaətbəxş sayıram. Əsas məqsədmiz odur ki, çatışmazlıq olan mövqelərimizi möhkəmləndirək və III dövrədə daha yaxşı mübaizə aparaq.
- Komandanızın qış fasiləsinə turnir cədvəlinin 3-cü pilləsində yollanmağı qanunauyğunluqdur?
- Əslində daha yaxşı nəticə ilə fasiləyə yollana bilərdik. Bildiyiniz kimi, komandaya üç aydır gəlmişəm. Hər bir məşqçinin öz futbol fəlsəfəsi olur. Onu da nəzərə almaq lazımdır ki, “Neftçi” mənim rəhbərliyim altında hazırlıq dövrü keçməyib. Bundan əlavə milli komandalara xeyli futbolçu verdiyimiz üçün çempionatda yaranan fasilələr zamanı tam heyətlə hazırlıq keçə bilmirdik. “Neftçi”dən irəlidə olan “İnter” və “Qarabağ”ın baş məşqçiləri artıq 6-7 ildir ki, öz komandasını çalışdırır. Onların tam formalaşmış heyətləri var. Bu amili də nəzərə almaq lazımdır. Öz səhvlərimizdən də xal itirmişik. Maraqlı faktı odur ki, “Neftçi” yeganə komandadır ki, cari mövsüm penalti şansı qazanmayıb.
- Bunda hakim səhvləri rol oynayıb?
- Bəzi oyunlarda hakim səhvləri oldu. Ancaq bunu əsas götürmürəm. Sadəcə, bütün səbəblərdən danışdım Əsas problemimiz heyətlə bağlı idi.
- Hansı çatışmazlıqlar oldu ki, onları qış fasiləsində aradan qaldırmaq lazımdır?
- İlk növbədə qeyd etdiyim yerli futbolçu çatışmazlığını aradan götürmək lazımdır. Bunun üçün seleksiya işləri görürük. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Buna görə də çalışacağıq ki, hər mövqedə bir neçə futbolçumuz olsun.
- Demək olarmı qış fasiləsindən sonra yerli futolçulardan qurulmuş bir “Neftçi” görəcəyik?
- Komandamızın qapısı hər bir yerli futbolçuya açıqdır. Təlim-məşq toplanışında heyətimizdə yerli futbolçuların sayı çox olmaldır ki, sınaq matçlarında onları nəzərdən keçirək. Heyətimizdə yaxşı əcnəbi futbolçular var. Ancaq limit məsələsinə görə onlardan istədiyimiz kimi istifadə ed bilmirik. Ona görə də çalışırıq ki, yerli futbolçulardan ibarət komanda formalaşdıraq ki, dediyimiz rəqabət olsun və ümumi futbolumuza fayda verək.
- Komandadan göndərilən futbolçular olacaq?
- Heyətə cəlb olunacaq futbolçulara nəzər salmalıyıq, sonra buna uyğun hərəkət etməliyik.
- Ernest Nfor və Nikolas Kanalesin “Neftçi”dən göndəriləcəyi xəbərləri doğrudur?
- Qeyd etdiyim kimi, əvvəlcə komandaya yeni futbolçular cəlb olunacaq, sonra isə buna uyğun olaraq gedənləri müəyyənləşdirəcəyik. Ancaq mətbuatda adlarla bağlı yanlışlıq var. Bunu da normal sayıram. Ən dəqiq məlumat klubun rəsmi saytında olacaq.
- Yəqin ki, Nikolas Kanalesin çıxışı sizi qane etmir?
- Bir baş məşqçi kimi narazı olduğum heç bir futbolçunun adını mətbuata açıqlamaq istəmirəm. Bu məsələləri daxildə həll edirik.
- Son günlər Rauf Əliyev və Rəhman Hacıyevin adı “Neftçi” ilə hallanır. Bu futbolçularla danışıq aparırsınız?
- Bu barədə indi danışa bilmərəm. Bir neçə futbolunun adı “Neftçi” ilə hallanır. Adları çəkilənlərin hamısı öz sözünü demiş futbolçulardır. Hər biri millimizin üzvləridir. Ancaq konkret kiminlə müqavilə imzalayacağımızı indi demək istəmirəm.
- Onda sualı belə qoyaq: Premyer Liqamızın bombardiri Nurlan Novruzovu “Neftçi”də görmək istərdiniz?
- (gülür) Nurlan, Rauf, Rəhman və adıçəkilən digər futbolçuların hər birinə böyük hörmətimiz var. Hər bir məşqçi bu futbolçuları komandasında görmək istəyər. Ancaq müəyyən səbəblərə görə mən bu barədə danışa bilmərəm. Məsələ rəsmiləşməyənə qədər danışmaq istəmirik.
- Bəs, icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış edən Cavid İmamverdiyevin yaxın günlərdə “Neftçi”yə qayıdacağı gözlənilirmi?
- Bildiyiniz kimi, Cavid “Neftçi”nin yetirməsidir. Gözümün önündə böyüyüb. Onu əvəzedici heyətə mən gətirmişdim. Əlbəttə ki, Cavidi də komandada görmək istərdim. Ancaq onun “Elazığspor”la may ayına qədər müqaviləsi var.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib