“Bu şərtlərlə “Xəzər Lənkəran”da qala bilməzdim” – Rauf Əliyev

“Bu şərtlərlə “Xəzər Lənkəran”da qala bilməzdim” – Rauf Əliyev
ÖLKƏ FUTBOLU 24 Dekabr 2014 / 18:28 12986
-  A +

“Xəzər Lənkəran” böyük dəyişikliklər etmək qərarına gəldi. Klub gəncləşdirmə siyasəti aparmaq istəyir. Bu mövsüm komandanın iddiası olmayacaq. Buna görə də komandadan ayrılmağı düşündüm”.

Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın üzvü Rauf Əliyev “Xəzər Lənkəran”dan ayrılmasına münasibət bildirərkən deyib.

Təcrübəli hücumçu komandadan ayrılmasını belə izah edib: “Klubdan mənə müəyyən şərtlər irəli sürüldü. Ancaq bu mənə sərf etmədi. Bu şərtlərlə komandada qala bilməzdim”.

“Xəzər Lənkəran”dan transfer vərəqəsini aldığını bildirən R.Əliyev artıq bəzi klublarla danışıq apardığını qeyd edib: “İndi azad agent statusuna malikəm. Müəyyən klublarla danışığımız olub. Bunların arasında “Qarabağ” yoxdur. Sabiq komandam mənə təklif irəli sürsə, onda bu barədə düşünürəm”.

Daha çox


Son xəbərlər