“Xəzər Lənkəran”ın yeni baş məşqçisi bəlli oldu

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi bəlli oldu
ÖLKƏ FUTBOLU 23 Dekabr 2014 / 17:22 9246
-  A +

Oğuz Çətinin istefasını qəbul edən “Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.Az-ın məlumatına görə,  əvəzedici komandanın  baş məşqçisi  Elbrus Məmmədov bundan sonra əsas komandanı çalışdıracaq. O, mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcək. 

E.Məmmədovun rəhbərliyi altında əvəzedici komanda qış fasiləsinə lider kimi yollanıb.

Qeyd edək ki, bu haqda xəbəri ilk olaraq sportnet.az saytı yayıb.

Daha çox


Son xəbərlər