“Çox yaxşı və maraqlı oyun alındı. “İnter” kimi güclü rəqib qarşısında sərgilədiyimiz yaxşı oyunla göstərdik ki, biz birinci pilləyə layiq komandayıq. Sadəcə bir şeyə təəssüflənirəm ki, sonuncu dəqiqədə əlimizə düşən şansı dəyərləndirə bilmədim. Lakin bir xal da bu cür oyunlarda qənaətbəxşdir”.
Bu sözləri Qol.Az-açıqlamasında “Qəbələ” klubunun futbolçusu Dodo Premyer Liqamızın 18-ci turunda “İnter”lə qarşılaşdıqları oyun (1:1) haqda danışarkən deyib.
Brazliyalı yarımmüdafiəçi komandaya yeni təyin olunan baş məşqçi Roman Qriqorçuk haqda geniş danışmaq istəməyib: “Hələlik onun haqqında heç nə bilmirəm. Çünki Qiriqorçuku tanımıram. Eşitmişik ki, bacarıqlı, nəticə verən bir mütəxəssisdir. Yanvarda təlim-məşq toplanışımız olacaq. Həmin toplanışdan sonra bu haqda danışmaq olar”.
Dorinel Muntyanunun istefasına da münasibət bildirən Dodo sabiq baş məşqçisi haqda xoş sözlər söyləyib: “Hər hansı bir kluba dəvət olunan məşqçinin həmin klubda uğur qazanmaq üçün imkanları olur. Muntyanu da gəldi, “Qəbələ”də işlədi və bu komandanın uğurları üçün çalışdı. Həqiqətən də o, çox çalışqan bir məşqçi idi. Amma nəticə qazana bilmədi. Bunun səbəblərini isə mən bilmirəm”.
Dodo “Qəbələ”nin qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanmasına çox üzüldüyünü, komandasının bu yerə layiq olmadığını bildirib: “Mənə elə gəlir ki, biz bu gün turnir cədvəlində layiq olduğumuz yerdə deyilik. Bunun səbəblərindən biri “Araz Naxçıvan”ın çempionatı yarımçıq tərk etməsi və buna görə də bizim altı xalımızın silinməyi oldu. Mən həyatımda ilk dəfədir ki, belə bir şey görürəm. Bu xal itkisindən sonra turnir cədvəlində aşağı pilləyə düşdük. Amma buna baxmayaraq, yeni baş məşqçimiz var. İnanıram ki, qış fasiləsindən sonra “Qəbələ” layiq olduğu yerdə olacaq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib