"Ölkə prezidenti ilə çox dəyərli bir görüş oldu. Məşqçi heyəti, rəhbərliklə yanaşı, futbolçular da bu görüşdə iştirak etdi. Cənab prezident "Qarabağ" haqqında bütün informasiyalardan məlumatlı idi. Onun futbolçuların yanında olması və onları qalib kimi qarşılaşması bizdə özünəinam hissini artırdı. Problemlərimizlə maraqlandı və xalqımız adından bizi təbrik etdi. Təmiz qələbə qazandığımızı, ancaq hakimə görə növbəti mərhələyə yüksələ bilmədiyimizi vurğuladı".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov prezident İlham Əliyevlə görüş barədə fikirlərini bildirərkən deyib.
O, xatırladıb ki, "Qarabağ" ilk dəfə Avroliqanın "pley-off"una yüksələn zaman da dövlət başçısı onu telefon vasitəsi ilə təbrik edib:
"Bu dəfə isə o, bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Bu görüşlə bütün idman ictimaiyyəti gördü ki, prezident kiçik bir kluba da böyük önəm verir. Ən çətin anımızda prezident bu dəvəti ilə bizə böyük stimul verdi. Bir daha dövlət başçımıza komandam adından təşəkkürümü bildirirəm".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı