"Qəbələ"nin futbolçusu Luis Hilario Dodo Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la 1:1 bərabərə qaldıqları matçdan sonra fubolpress.az saytına müsahibə verib. Oyunda başından zədə alan və buna baxmayaraq matça sarğı ilə davam edən, həmçinin mübahisəyə səbəb olan penalti epizodu ilə diqqət mərkəzinə düşən Dodo həmin ana da aydınlıq gətirib. Qol.Az həmin müsahibəni təqdim edir.
- Oyun barədə fikirlərini bizimlə bölüşərdin...
- Əvvəlcədən çətin oyun olacağını bilirdik. "Sumqayıt" çempionatda keçirdiyi matçlarla nəyə qadir olduğunu göstərir. Onların heyətində hər an oyunun gedişini dəyişə biləcək istedadlı gənc futbolçular var. Oyuna ciddi hazırlaşmışdıq. "Qarabağ" üzərində qəbələ bizə xüsusi stimul vermişdi. Matça yaxşı başlasaq da, hesabı aça bilmədik. İkinci hissədə isə qapımızda qol gördük. Bu bizi həvəsdən salmadı, sona qədər mübarizə aparıb bərabərlik qolunu vurmağı bacardıq.
- Başından zədə alsan da, oyundan çıxmadın...
- Artıq neçə ildir ki Azərbaycanda oynayıram. Bilirsiniz ki sonadək mübarizə aparmağı, daim komandamın yanında olmağı sevirəm. Qarşılaşmanın gedişində başımdan zədə aldım. Futbolçu üçün zədə qaçılmazdır. Həkim müayinə etdi, oyuna davam edə biləcəyimi dedim. Sarğı qoyuldu və mübarizəni davam etdirdim.
- Penalti epizodu barədə nə deyə bilərsən? Deyilənlərə görə, matçdan sonra rəqib futbolçulara həmin epizodda sənə toxunuşun olmadığını demisən.
- Bu şayiədən başqa bir şey deyil. Əksinə mənə qarşı aşkar kobudluğun olduğunu demişəm. Çertoqanov o epizodda ayağıma zərbə endirmişdi. Matçın videoyazısına baxmaq imkanım olmayıb. Amma siz baxın, əminəm ki hər şeyi aydın görəcəksiniz. Çertoqanov həmin epizodda hakimə etiraz belə etmirdi. Yəni yüz faizlik penalti idi. Hansısa hakim səhvindən söhbət belə gedə bilməz. Mən simulyasiya edən futbolçulardan deyiləm. Hər zaman rəqibin əməyinə hörmətlə yanaşıram. Hakimi aldatmaq, mənə - peşəkarlığıma yaraşmaz.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə