"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 17-ci turunda "Xəzər Lənkəran" üzərindəki qələbədən (3:2) sonra Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcə qarşılaşma haqda fikirlərini öyrənmək istərdik...
- Hər iki komanda əzmkar oyun göstərdi. Komandaların hər ikisi qələbəyə layiq idi. Açıq futbol getdi. Bu gün azarkeşlər oyundan sıxılmadı. Rəqib də qələbə qazana bilərdi, oyun hec-heçə də bitə bilərdi. Sıx qrafiklə oyunlardan sonra sevinirik ki, qalib gələn biz olduq. Çox vacib qələbə qazandıq. Bütün komandama minnətdəram. Xüsusi ilə ikinci qolda mənim səhvim var idi. Çox pis olmuşdum. Fikirləşirdim ki, 1:1 də bizim üçün pis nəticə deyil. Amma çox sag olsun uşaqlar, iradə göstərib qalib gəldik.
- Avropa Liqasının qrup mərhələsinin “İnter”lə Bakıda keçirilən oyununda “Qarabağ”a edilən haqsızlığı unutmaq asandırmı?
- Əslində çox çətindir. Amma biz əlimizdən gələni edirik ki, maksimum səviyyədə hər şeyi unudub gələcəyə doğru baxaq. Çünki başqa çıxış yolumuz da yoxdur. Azarkeşlərimizə də demək istəyirəm ki, artıq bunu unutsunlar və birlikdə uğur əldə etmək üçün çalışaq.
- Dövlət başçısı ilə görüşünüz və dəstək almanız sizin oyunlara yaxşı motivasiya olmaq baxımından kömək oldumu?
- Bəli, komandanın “İnter”lə oyunda uğradığı haqsızlıqdan sonra motivasiya olmasında böyük rol oynadı. Dövlət başçısı ilə görüşdən sonra komandamız sanki özünü böyük bir qələbə qazanmış kimi hiss edir. Artıq futbolçularımız meydanda “Qəbələ” ilə oyundakı kimi deyildi.
- “Qarabağ” qazandığı uğurlarla Azərbaycan futboluna yeni bir güc gətirə bilərmi?
- Bü gün, ümumiyyətlə Azərbaycan futbolunda inkişaf var və böyük işlər görülür. Bütün bunların səbəbi bizə göstərilən qayğının nəticəsidir. Biz də qazandığımız uğurlarla onların etibarını doğrultmaq istəyirik. Azərbaycan futbolunda dəyişiklilkər çoxdur. Artıq uşaq futboluna da böyük diqqət göstərilir. Bizim qazandığımız uğurlar da bu yeniliklərin nəticəsidir. Bu, təkcə “Qarabağ”ın yox, bütün Azərbaycan futbolunun uğurudur. Qələbələrimizlə azarkeşləri sevindirmək bizi həqiqətən xoşbəxt edir. Çox istərdik ki, bundan da böyük uğurlarımız olsun.
- "Qarabağ"ın hazırkı heyətilə bağlı nə düşünürsən? Səncə, yeni oyunçuya ehtiyac var?
- Əsas istədiyimiz odur ki, zədəlilərimiz qayıtsın və bizə kömək edə bilsin. Başqa heç bir mövqedə yeni futbolçuya ehtiyacımız yoxdur.
- Səncə,“Qarabağ”ın əcnəbi futbolçularsız qazandığı qələbələrdən sonra demək olarmı komanda tək Reynaldo, Çumbinyo və Diasdan ibarət deyil?
- Bunu artıq “Qarabağ” çoxdan sübut edib. Biz hər zaman komanda şəklində futbol oynayırıq. Hər an zədələnən futbolçunu layiqli əvəz edəcək oyunçularımız var. Məşqçilərimiz də komandada belə halların davamlılığı üçün əlindən gələni edir. Ona görə də futbolçulardan kimsə zədələnəndə heç kim pessimist olmur. Biz oyunumuzu bir nəfərin üzərində qurmuruq.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib