"İnter"lə oyundakı haqsızlıqdan sonra bu epizod heç nədir"

"İnter"lə oyundakı haqsızlıqdan sonra bu epizod heç nədir"
ÖLKƏ FUTBOLU 19 Dekabr 2014 / 03:52 6526
-  A +

"Oyuna yaxşı hazırlaşmışdıq. Avropa Liqasındakı uğursuzluq vә "Qәbәlә"yə mәğlubiyyәtdәn sonra bütün diqqәtimizi bu matça yönәltmişdik".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Premyer Liqanın 17-ci turunda qalib gəldikləri "Xəzər Lənkəran"la oyundan sonra deyib.

Təcrübəli futbolçu rəqibin ikinci hissəyə daha aqressiv başladığını bildirib: "Oyuna yaxşı başlasaq da, sonradan adi epizodlarda sәhvlәrə yol verdik ki, bu da qollar buraxmağımıza səbəb oldu. İkinci hissəyə isə rəqib daha aqressiv başladı ve hesabda öne keçdilər. Amma biz oyunda nəzarəti itirmədik və bəzi taktiki dəyişikliklər etdik. Şükürlər olsun ki, istədiyimiz qolları vurub, üç xalı qazandıq".

M.Medvedev Lənkəran təmsilçisinin hücumçusu Sadio Tounkaranın ona qarşı kobud oynadığı epizodu belə şərh edib: "Hakimlәr haqda danışmağı xoşlamıram. Amma hәmin epizodda Tounkaraya qırmızı vәrәqә verilmәli idi. Hәr kәs Sadiounun mənim ayağıma zərbə endirdiyini gördü. Lakin hakim nədənsə, qırmızı yox, sarı vәrәqә ilə kifayətləndi. Bu futboldur, belә hallar olur. İtaliya "İnter"i ilә oyundakı haqsızlıqdan sonra bu, epizod mәnim üçün heç nədir".


Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu