"Oyun ağır keçdi. Qalib gələ bilərdik. 2:1 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, üstünlüyümüzü sona qədər qoruya bilmədik. Şans bizim tərəfimizdə deyildi. Hakim kobud səhv etmədi. İki iddialı komanda oynadığı üçün heç birimiz uduzmaq istəmirdik".
Bu sözləri Qol.Az-a "Xəzər Lənkəran"ın futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının 17-ci turunda doğma meydanda "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Uzun müddətdir suni meydanda oynayırıq. Buna görə də sonrada təbii meydanda oynamaq bizə çətinlik yaradır" - deyə o bildirib.
R.Sadiqov rəqib komandanın futbolçusu Maksim Medvedevə qarşı kobud oynadığını da deyib: "Hakim tərəfindən cəzalandırıla bilərdim".
31 yaşlı yarımmüdafiəçi onu da vurğulayıb ki, komandada qış fasiləsində dəyişikliklər etmək lazımdır:
"Belə davam etsək, heç nə əldə edə bilməyəcəyik".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq