Azərbaycan milli komandasının baş məşqçisi Ropert Prosineçkinin Qol.Az saytına müsahibəsi
- Artıq çempionatın ilk yarısı sona çatmaq üzrədir. İzlədiyiniz futbolçular haqda ümumi fikirləriniz necədir?
- Bu günə kimi bir çox oyunu baxmışam. Azərbaycanda çox prespektivli futbolçular var. İnanıram ki, onlar üzərlərində daha da işlədikdən sonra milli komandaya xeyir verəcəklər.
- Legioner futbolçular haqqında nə düşünürsüz?
- Milliyə dəvət olunacaq futbolçuların əksəriyyəti Azərbaycanda oynayır. Xaricdə oynayan oyunçularımız barədə də məlumatım var. Onları gedib izləyirlər. Türkiyədə və Almaniyada oynayanlar haqda da məlumatım var. Amma mən əsas vaxtımı yerli çempionatda oynayan futbolçulara sərf edirəm. Çünki çoxluq buradadır.
- Milli komandada yeni oyunçuların sayı çox olacaq?
- Biz milli komandada elə də böyük dəyişiklik etməyəcəyik. Mənim üçün yaşın önəmi yoxdur. Əsas odur ki, milliyə dəvət olunacaq futbolçular təcrübəli olsun. Bacarıqlı oyunçular çoxdur. Sadəcə, onların üzərində işləmək lazımdır.
- Avropa və dünya təcrübəsində bir komandada gəncləşdirmə siyasəti heç də hər zaman müsbət nəticələnmir. Sizin də bu addımlara can atdığınızı nəzərə alsaq işinizin yarımçıq qalmasından qorxmursuz?
- Mən milli komandanı tamamilə gəncləşdirəcəyimə söz verməmişəm. Bu məlumatlar səhvdir. Yaşından aslı olmayaraq, yığma komandaya kömək edə biləcək hər bir futbolçu millidə oynamaq şansı əldə edəcək. Mən dəvət edəcəyim oyunçunun yaşından çəkinmirəm. 17-18 yaşında hansısa bir futbolçunun bacarığını görsəm, onu millidə oynatmaqdan qorxmaram. Əsas budur ki, həmin futbolçu yaxşı formada olsun.
- Son oyunlarda bəyəndiyiniz futbolçular kimlərdir?
- Hələ heç kimin adını çəkmək istəmirəm. Qısa müddətdə siz milliyə dəvət olunacaq futbolçuların kimliyi haqqında məlumat əldə dəcəksiz. Son olaraq klubların Antalyada təlim-məşq toplanışını izləməyə gedəcəm. Bundan sonra hər şey məlum olacaq.
- Milli komandaya daha çox hansı klublardan futbolçu cəlb edəcəksiz?
- Bir çox klubda milli təcrübəsi olan qabiliyyətli futbolçular var. ”Qarabağ”da, “Xəzər Lənkaran”da və digər komandalarda belə oyunçular çoxdur. Yeni perspektivli gənc futbolçular da onlarla bərabər milli komandaya dəvət olunacaq. Amma hansı klubdan konkret çox futbolçu dəvət edəcəyimi deməyəcəyəm. Yenə də bildirmək istəyirəm ki, mən ancaq gənc futbolçular dəvət edəcəyimlə bağlı söz verməmişəm.
- Milli komandada sizə etibar edənlərin sayı çoxdur. Siz bu haqda nə düşünürsüz?
- Məni kim tanıyırsa bilir ki, optimist insanam. Hamıdan qabaq mən özüm istəyirəm ki, milli komanda gözəl futbol nümayiş etdirsin. Bizə zaman lazımdır. Qısa vaxtda çox şey etmək olmaz. İlk növbədə istərdim ki, mənim oyunçularım özlərinə inanıb futbol oynasınlar. Bütün bunları edə bilsək, nəticələrimiz də yaxşı olacaq.
- Berti Foqtsun təcrübəli olsa da, millimizdə uğur qazana bilmədi. Bəs, siz necə fikirləşirsiniz, uğura inanırsınız?
- Bu haqda heç nə deyə bilmərəm. Köməkçilərimlə birlikdə əlimizdən gələni edəcəyik ki, Azərbaycanın futbol gələcəyi yaxşı olsun. Bu futboldur bilmək, olmaz nə olacaq. Amma mən inanıram ki, biz Berti Foqtsdan daha yaxşı olacağıq.
Ergün SEYİD
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq