"Milli komandanı tamamilə gəncləşdirəcəyimə söz verməmişəm. Yaşından aslı olmayaraq yığma komandaya kömək edə biləcək hər bir futbolçu millidə oynamaq şansı əldə edəcək. Dəvət edəcəyim oyunçunun yaşından çəkinmirəm. 17-18 yaşında hansısa bir futbolçunun bacarığını görsəm, onu millidə oynatmaqdan qorxmaram. Əsas olan həmin futbolçunun yaxşı formada olmasıdır".
Bu sözləri Qol.Az-a millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, komandanın yaxşı oyun nümayiş etdirməsi üçün zamana ehtiyacı var:
"Məni tanıyan bilir ki, çox optimist insanam. Hamıdan qabaq özüm istəyirəm ki, milli komanda ilə gözəl futbol nümayiş etdirək. Ancaq bizə zaman lazımdır. Qısa vaxtda çox şey etmək olmaz. İlk növbədə istərdim ki, oyunçularım özlərinə inanıb futbol oynasınlar. Bütün bunları edə bilsək, nəticələrimiz də yaxşı olacaq".
R.Prosineçki onu da deyib ki, millidə Berti Foqtsdan yaxşı işlər görməyə çalışacaq:
"Köməkçilərimlə birlikdə əlimizdən gələni edəcəyik ki, Azərbaycanın futbol gələcəyi yaxşı olsun. Bu futboldur, nə olacağını bilmək olmaz. Amma inanıram ki, biz Berti Foqtsdan daha yaxşı olacağıq."
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”