"Oyunumuz alınmadı" - İbrahim Uzunca

"Oyunumuz alınmadı" - İbrahim Uzunca
ÖLKƏ FUTBOLU 17 Dekabr 2014 / 16:50 2315
-  A +

“Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı. Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur. Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 17-ci turunda uduzduqları AZAL-la oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib. 

Türkiyəli mütəxəssis qış fasiləsində komandasında hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid etdiyini bildirib: "Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Simurq”la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik”.  

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır