“Neftçi”klubuna məxsus olan, hazırda “Bakı”da çıxış edən qapıçı Aqil Məmmədovun Qol.az saytına müsahibəsi
- “Neftçi” ilə yeni müqavilə imzalamısan. Bu komandaya keçidin necə alındı?
- Bəli, ”Bakı”da müqaviləmin bitməsinə az qalmışdı. Təklif göndərdilər və mən də ”Neftçi”də oynamağı karyeram üçün önəmli hesab edib razılaşdım. Çalışacam ki, yeni klubumda oyunumu daha yaxşı səviyyəyə çatdırım.
- Başqa klublar da səninlə maraqlanırdımı, ”Neftçi”ni seçməyinin xüsusi bir səbəbi varmı?
- Bu gün “Neftçi” Azərbaycanın ən böyük klublarından biridir .Bu qədər çətinlikdən sonra elə böyük bir komandada oynamaq karyeram üçün önəmli idi. Mən də bu təklifi qəbul etdim. İnanıram ki, onların ümidlərini doğruldacam.
- Yeni klubun çempionatın ilk yarısını “Bakı”da bitirməyə necə razı oldu?
- Biz bu haqda əvvəlcədən razılaşmışdıq. Çox sağ olsun Sadıq Sadıqov da razılıq verdi ki, ilk qış fasiləsinə kimi “Bakı”ya kömək edim.
- “Neftçi”də əsas heyətə düşmək üçün güclü rəqabət lazım olacaq.
- İnkişaf etmək üçün rəqabət vacibdir. Mən də əlimdən gələni edəcəm ki, bu rəqabətdə yaxşı tərəfdən özümü göstərə bilim. Amma yenə də əsas olan baş məşqçinin seçimidir.
- Sən gedəndən sonra “Bakı”da səni evəzləyə biləcək qapıçı varmı?
- Elxan Əhmədov çox gözəl qapıçıdır. O, gələcəkdə Azərbaycanda
yetişən ən qabiliyyətli əlcək sahiblərindən biri olacaq.
- Nə vaxtsa “Bakı”ya yenidən qayıtmaq ehtimalın varmı?
- “Bakı” mənim doğma komandamdır. Mən burada böyümüşəm. Azərbaycan futboluna məni bəxş edən bu klubdur. ”Bakı” mənim üçün həmişə əzizdir, belə də qalacaq. Bu gün gedirəmsə o demək deyil ki, ”Bakı” mənim üçün bitdi. Bu günə kimi komandanı qoyub gedən oyunçulardan fərqli olaraq mən “Bakı”nın bu vəziyyətində tərk edə bilməzdim. Ən azı ilk yarının sonuna kimi qalıb onlara kömək etmək istədim. Düşünürəm ki, doğma klubum üçün əlimdən nə gəldisə artıqlaması ilə etdim.
- Rəhbərliklə bu məsələ ilə bağlı söhbətin olubmu?
- Bəli, onların da halalığını almışam. Sağ olsunlar məni başa düşdülər və qərarıma hörmətlə yanaşdılar. Hafiz Məmmədova da mənə uğurlar arzuladı.
- “Neftçi”də oynamağın yenidən milli komandaya qayıtmağına imkan yarada bilərmi?
- Zaman hər şeyi göstərəcək. Təbii ki, elə böyük bir klubda oynamağım mənə əlavə şanslar verəcək.
- Sənin “Bakı”dan ayrılmağın digər oyunçuların da getməsinə səbəb ola bilərmi?
- Bu gün komandamızın əksəriyyəti cavan futbolçulardır. Onlara yaxşı klubda oynayıb, tanınmaq lazımdır. Ona görə də getmək istəyənlərin sayı çoxdur. Amma gənc futbolçulara tövsiyəm odur ki, güclü klublara getmək üçün daha bir mövsüm “Bakı”da qalsınlar. Bu, onlar üçün yaxşı təcrübə toplamaq baxımından önəmlidir. Həm də beləcə komandaya kömək etmiş olarlar.
Ergün SEYİD
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir