“Bakı” klubunun hücumçusu Nurlan Novruzovun Qol.Az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la oyunda komanda yoldaşların niyə bir-birinə qarşı aqressiv davranırdı?
- Problemlərimiz çoxdur. Bəlkə də bir-birimizin sözünü götürə bilmirik, ona görə belə hallar yaranır. Adi bir söz bizi incidə bilir. Amma yenə də hər şeyi normal qarşılayırıq.
- Jabanı da baş məşqçi bu səbəbdən əvəzlədi?
- Yox, Jaba oyunda çox danışsa da, onun əsas məqsədi bizə dəstək olmaqdır. Düzdür, problemlər ona təsir edir. Onun da ailəsi var. Çətinliklər hər şeyə təsir edir.
- Risto Ristoviçlə Lukas Mario Hovartın getməyi komandanın oyununa təsir edirmi?
- Bəli, onların yoxluğu bizə əlavə çətinliklər yaradır. Horvatın yoxluğu orta xətdə xüsusi problemlər yaradır.
- Qış fasiləsinə az qalıb. Komandadan ayrılacaq futbolçuların sayı çoxdurmu?
- Aqil Məmmədov getdi. Başqa çox futbolçu “Bakı”dan ayrılmaq istəyir. Elə mən də onların arasındayam. Amma biz getsək də, gənc futbolçular çoxdur, onlar “Bakı”nın uğurları üçün çalışacaqlar.
- Bildiyimizə görə əsas məqsədin Azərbaycanda qalmaqdır. Hansı klublardan təkliflər almısan?
- Azərbaycanda qalmaq istəməyimin əsas səbəbi bu il bombardirlik uğurunda mübarizəmi davam etdirməkdir. Mövsümün yarısında getsəm, çəkdiyim əziyyətlər hədər gedəcək. Həm də Avropa üçün və ya adi Türkiyə ikinci liqası olsun, gedəndə nəsə etməlisən. Mən hələ özümün tam hazır olmadığımı düşünürəm.
- Səncə, Türkiyə ikinci liqası Azərbaycan Premyer Liqasından səviyyəli çempionatdır?
- Məncə, builki çempionatımızdan güclüdür. Çünki bu mövsüm komandalar çox zəif çıxış edir. Çempionatın ortasında “Araz Naxçıvan” mübarizəni dayandırdı. Bu da hər bir komandanın oyununa təsir etdi. Doqquz komanda qaldı və rəqabət də azaldı. Amma Türkiyə ikinci liqasında mübarizə çox komandalar arasında gedir. ”Qarabağ” və digər bir-iki komandanı çıxmaq şərtilə onlar daha üstündür.
- Yerli klublardan ən çox hansında oynamaq istərdin?
- Əlbəttə ilk pillədə qərarlaşan və çempionluq uğurunda mübarizə aparan komandalarda. Bu gün çox futbolçuların arzusudur ki,”Qarabağ”da, ”Neftçi”də, ”İnter”də, ”Qəbələ”də oynasın.
- Bu klubların hansındansa təklif almısanmı?
- Sözün açığı heç bir klubdan real təklif almamışam. Bəzi menecerlər əlaqə saxlayır. Məndə çempionatın ilk yarısının bitməsini gözləyirəm.
- Millimizin baş məşqçisi Prosineçki demək olar ki, çempionatda bütün oyunları izləyir və gənclərə şans verəcəyini söyləyir. Sən də dəvət alacağına ümid edirsənmi?
- Beti Foqtsun vaxtında heç bir ümidim olmasa da, indi çoxdur. Yeni baş məşqçi oyunlarımızı izləyəndə əlimizdən gələn hər şeyi edirik ki,onun güvənini qazanaq. Öz üzərimdə daha çox işləyirəm və ümid edirəm ki, bir gün mənə də dəvət göndərərlər.
- “Bakı”dakı maddi problemlərin həll olunmasını gözləyirsən, yoxsa başka kluba gedəcəksən?
- Artıq bir ildir ki, tam pulumuzu almırıq. Demək olar on beş aydır burda pulsuz oynayıram. Mən öz adıma deyirəm ki, pul istəmirəm sadəcə sənədlərimi versinlər, problem yaratmasınlar gedim başqa komandaya.
Ergün SEYİDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib