“Bakı” klubunun futbolçusu Jaba Premyer Liqanın 16-cı turunda bərabərə qaldıqları “Xəzər Lənkaran”la oyundan (0:0) sonra Qol.Az saytının suallarını cavablandırıb:
- Oyun necə keçdi?
- "Xəzər Lənkəran” çox yaxşı komandadır. Onların çoxlu legioneri var. Bizdə isə belə güclü futbolçular yoxdur. Komandada əsasən gənclər oynayır. Buna görə də hər oyun çətin keçir. Bununla belə, çox yaxşı oynadıq, mübarizə apardıq.
- Oyun ərzində futbolçulara əsəbiləşirdin...
- Oyunda belə şeylərin baş verməsi normaldır. Komandada çətinliklər var. Pul yox, amma problem çoxdur. Ona görə də oyunçular arasında hər zaman gərginlik olur. Amma birinci hissədə hamı bərabər oynayırdı.
- Komanda yoldaşlarınla yanaşı, matçın baş hakiminə də etirazlar edirdin...
- Həmişəki kimi. İndi "Bakı”da əhval-ruhiyyə pisdir. Hakimin həmişə başqa komandanın lehinə qərarlar qəbul etməsi normaldır.
- Yəni, sizi sıxışdırırlar?
- Hər bir hakim fikirləşir ki, "Bakı” "bitib". Ona görə də bizə qarşı qayda pozuntularına görə cəza vermirlər.
- Hakimlərin sizə qarşı belə davranmalarının səbəbi "Bakı"nın hazırda çətin durumda olmasıdır?
- Yox. Deməli, gənclərə hörmət yoxdur. Futbol belədir. Nə vaxt həvəslə oynasan, o zaman hakim də sənə qarşı normal davranar. "Bakı”da əhval-ruhiyyə pisdir. Problemlər var və bizə qarşı da belə münasibətlər olacaq.
- Premyer Liqada qış fasiləsinə az qalıb. Qış transfer pəncərəsi dönəmində klubdan getməyi düşünürsən?
- Yox, mən burada xoşbəxtəm. Amma çox istərdim ki, klubun problemləri həll olunsun və “Bakı” əvvəlki şöhrətini bərpa etsin.
- Maliyyə sıxıntısı nə vaxt həll olunacaq?
- Bilmirəm. Bunu sadəcə, Allah bilir. Məsələ ilə bağlı hələlik heç nə demirlər.
- Azərbaycana gəldiyin zaman klubun bu halda olduğunu bilmirdin?
- Bilmirdim. Məni "Bakı"ya klubun prezidenti Hafiz Məmmədov dəvət etdi. Komanda pis deyil, gənc futbolçulardan təşkil olunub. Yaxşı oynayırlar. Ümid edirəm ki, ikinci dövrədə yaxşı transferlər olacaq və hər şey qaydasına düşəcək.
- Komandadan oyunçuların çoxu gedərsə, sənin qərarın necə olacaq?
- Görək də hələ iki oyunumuz var. Hafiz Məmmədovun cavabını gözləyirik. Əgər qalın desələr, qalacağıq. Hələ heç nə deyə bilmərəm.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib