"Artıq bəsdir" - Aleksandr Çertoqanov

"Artıq bəsdir" - Aleksandr Çertoqanov
ÖLKƏ FUTBOLU 15 Dekabr 2014 / 01:05 6772
-  A +

"Biz oyunu əks hücumlar üzərində qurduq. İlk yarıda oyunumuz da çox yaxşı alınırdı. "Neftçi" qapımız önündə çox ciddi qol vəziyyətləri yarada bilmirdi. Hesabı da biz açdıq".

Bu sözləri Qol.az saytına açıqlamasında “Sumqayıt” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov Premyer Liqanın 16-cı turunda “Neftçi”yə məğlub olduqları oyundan  (2:3) sonra deyib.

Təcrübəli yarımmüdafiəçi buraxdıqları qollara görə təkcə müdafiəçilərini yox, bütün komandanı günahlandırıb: "Qapımıza vurulan hər üç qol öz səhvlərimizdən oldu. Açığı, müdafiə xəttimizi bu qollara görə günahlandırmaq olmaz. Onlar kifayət qədər təcrübəli oyunçulardır.
 
Sağ cinahda oynayan Cəmil Hacıyevdən başqa digər müdafiəçilərimiz milli komanda təcrübəsi olan futbolçulardır. Yəqin ki, baş məşqçimiz bu səhvləri təhlil edib, bir qərar verəcək. Məncə, artıq bəsdir. Hər oyun iki qol vurub üçünü buraxırıq. Bu, çox üzücüdür. Belə hallar komandaya pis təsir edir".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq