“Qəbələ”nin yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.
Qol.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, komandaya ukraynalı Roman Qrikorçukun rəhbərlik edəcəyi gözlənilir. Onunla gələn mövsümün sonunadək müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Qriqorçuk bu gün Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Qarabağ” oyununu stadiondan izləyib.
Matçdan sonra “Qəbələ”nin vitse-prezident Fariz Nəcəfov da bildirib ki, Qrikorçukla danışıqlar davam edir: “Hələlik razılaşdırılmamış bəzi məsələlər qalıb. Amma yəqin ki, komandaya o rəhbərlik edəcək. Qrikorçuk artıq “Qəbələ”nin şəraiti ilə tanış olub və hər şeydən razı qalıb”.
Qeyd edək ki, R.Qrikorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” komandalarını çalışdırıb. Onun son komandası Odessanın “Çernomorets” klubu olub.
Qrikorçukun ən ciddi uğuru Latviyada qazanıb. Onun rəhbərliyi altında "Dinaburq" üç dəfə (2006, 2007, 2008) Latviya çempionu, iki dəfə (2005, 2007) ölkə kubokunun qalibi adına yiyələnib. Ukraynada isə ötən mövsüm "Çernomorets" onun rəhbərliyi ölkə kubokunun finalçısı olub.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda