Emil Balayev rəsmən "Ayntraxt"da

Emil Balayev rəsmən "Ayntraxt"da
ÖLKƏ FUTBOLU 13 Dekabr 2014 / 13:47 12014
-  A +

"Neftçi"nin və milli komandamızın qapıçısı Emil Balayev Almaniyanın bundesliqa klubun “Ayntraxt”la müqavilə imzalayıb.

Qol.Az-ın "Neftçi"nin saytına istinadən yaydığı xəbərə görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən klubun şərəfini qoruyacaq.

Gənc qapıçı dekabrın 14-ü “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı 8-ci km qəsəbə stadionunun mətbuat zalında təşkil olunacaq və saat 15:30-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner