Sabiq FİFA referisi Elçin Məmmədov Qol.Az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsində dünən keçirilən “Qarabağ” – “İnter” oyunundakı hakim biabırçılığından danışıb.
- Baş hakim “Qarabağ”ın vurduğu qolu ofsayd kimi qiymətləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Ofsayddan söhbərt gedə bilməzdi. Qol tam qaydalar çərçivəsində vurlmuşdu. Sadəcə, “Qarabağ” hakim səhvinin qurbanı oldu.
-Maraqlıdır ki, çexiyalı baş hakim əvvəlcə mərkəz xəttini göstərsə də, sonradan qolu qeydə almadı.
- O, hər şeyi öz üzərinə götürməli idi. Çünki yan xətt hakimi epizodu yaxşı görmürdü. Elə bildi ki, “Qarabağ”ın futbolçusu “İnter”in qapıçısının qarşısındadır. Sadəcə, baş hakim özünü itirmişdi, nə qərar verəcəyini bilmədi, düşündü ki, ilk epizodda “Qarabağ”ın futbolçusu Leroy Corc ofsayddadır. Ancaq qətiyyən belə deyildi. Rəqib futbolçusunun ayağı qapı xəttinə daha yaxın idi. Hətta ilk epizodda ofsayd olsa belə, qol qeydə alınmalıdı idi. Çünki Almeydanın qapıya zərbəsindən sonra top rəqib futbolçuya dəymişdi.
- Belə məqamlarda baş hakimi laysmanı dinləməlidir, yoxsa özü qərar verməlidir?
- Ümumiyyətlə, futbolda bütün qərarları baş hakim verməlidir. Laysman ancaq müyyən edir, qərarı isə baş hakim verir. Dünənki oyunda isə mübahisəli epizod düz baş hakimin yanında olmuşdu.
- “İnter”in futbolçusu bildirib ki, hakimə topun onun ayağına dəyərək qapıya daxil olduğunu deyib. Belə məqamlarda hakim qərarını dəyişməlidir?
- Hakim futbolçuya qulaq asmaya bilər. O, necə görübsə, elə qərar verməlidir.
- Hakimi hansı cəzalar gözləyir?
- Təbii ki, hakim cəzasız qalmayacaq. Görüşün hakim inspektoru da yəqin ki, hər şeyi qeyd edib. Çexiyalı hakim bir müddət yaşıl meydanlardan kənarlaşdırıla bilər.
- “Qarabağ” hakim idarəçiliyi ilə bağlı UEFA-ya şikayət edəcək. Sizcə, bunun bir faydası ola bilər?
- Ofsayd və ya penaltiyə görə UEFA-ya şikayət etməyə dəyməz. Çünki bu məsələlərlə bağlı etiraza baxılmır. Ancaq burada başqa bir məsələ var. UEFA-nın əsasnaməsinin 50-ci bəndində göstərilir ki, iki məsələ ilə ilə bağlı klublar etiraz edə bilər. Bunlardan biri “lipa” ilə bağlıdır. Həmçinin, hakim matçı vaxtından əvvəl başa vurarsa, bununla bağlı UEFA-ya etiraz etmək olar. Qeyd etdiyim ikinci şərtə əsasən “Qarabağ” etirazını bildirə bilər. Çünki çexiyalı hakim matça əlavə etdiyi dörd dəqiqənin başa çatmasını gözləmədi. Baş verənlərdən sonra o özünü itirdi və görüşün bitməsinə 50 saniyə qalmış final fitini verdi. Məhz bununla bağlı “Qarabağ”ın hüquqşünasları Arbitraj Məhkəməsinə müraciət etməlidir. Ancaq ofsaydla bağlı şikayətə baxılmayacaq. Bu, sırf hakim xətasıdır. Maradona əllə qol vurdu və bunu bütün dünya bildi, ancaq sonradan qərar dəyişilmədi.
- Qeyd etdiyiniz məsələ ilə bağlı Arbitraj Məhkəməsinə müraciət olunsa, hansı qərar verilə bilər?
- Oyunun nəticəsi dəyişdirilmir. Görüş yenidən keçirə bilərlər.
- Adətən belə hallarda bu cür qərar verilir?
- Qərarın necə veriləcəyini deyə bilmərəm. Ancaq hakimin matçı vaxtından əvvəl bitirməsinə görə “Qarabağ” mütləq etirazını bildirməlidir. Arbitraj Məhkəməsi lazım olan qərarı verəcək. Mümkündü ki, oyun yenidən keçirilsin.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib