“Biz bəxtsiz komandayıq” – İbrahim Şehiç

“Biz bəxtsiz komandayıq” – İbrahim Şehiç
ÖLKƏ FUTBOLU 12 Dekabr 2014 / 11:22 7310
-  A +

“Əvvəlcədən də gözlədiyimiz kimi çox çətin oyun oldu. Amma biz sona qədər mübarizə apardıq. Qol vursaq da hakim qeydə almadı. Amma o da insandı, onu qınamaq olmaz. Biz buna görə çox üzülürük”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç “İnter”lə oyundan sonra  deyib. 

Bosniyalı qolkiper  Avropa Liqasında bəxtsiz komanda olduqlarını bildirib: “İlk oyunda Çumbinyo zədələndi daha sonra Reynaldo və Dias. Amma biz çox xoşbəxtik ki, zədəli çox futbolçuların olmasına baxmayaraq qrupa düşdük,  gözəl mübaizə apardıq və 6 xal topladıq. Bu, böyük bir uğurdur. Biz “İnterlə oyunda da çox yaxşı oynadıq və azarkeşlər də bu oyundan həzz aldı”.

Şehiç yenidən ölkə çempionu olaraq Avropada daha yaxşı nəticələr qazanacaqlarına ümid etdiyini vurğulayıb: “Çempionat oyunlarına da adaptasiya olmaq çox çətin olacaq. Amma biz intazmlı komandayıq və hər şey qaydasına düşəcək. Yenidən Avropa Liqasında və Çempionlar Liqasında oynamaq istəyiriksə daxili çempionatda qalib gəlib çempion olmalıyıq. Azarkeşlərə də təşəkker edirəm bizi belə dəstəklədikləri üçün. Biz də növbəti il daha çox çalışıb onları qələbələrimizlə sevindirəcəyik.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə