"Bu işlə çox ciddi maraqlanacağıq" - Tahir Gözəl

"Bu işlə çox ciddi maraqlanacağıq" - Tahir Gözəl
ÖLKƏ FUTBOLU 12 Dekabr 2014 / 03:24 12668
-  A +

"Növbəti mərhələyə keçməyi çox arzulayırdıq. Təssüflər olsun ki, alınmadı. Amma mən “Qarabağ”la fəxr edirəm. Bütün Azərbaycanın başı uca oldu".
 
Qol.Az-ın məlumatına görə, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Qarabağ" - "İnter" matçından sonra (0:0) jurnalistlərə açıqlamasında deyib. 

Görüşün son dəqiqələrdə Riçard Almeydanın vurduğu qolun qeydə alınmamasına münasibət bildirən klub rəsmisi bu işlə ciddi maraqlanacaqlarını vurğulayıb: 

"Matçı izlədiyim yerdən qolun oyundan kənar vəziyyətdən vurulub-vurulmamasını yaxşı görə bilmədim. Buna sonra özümüz daha dəqiq baxacağıq. Bu oyunda ən gözəl qol epizodlarını “Qarabağ” yaratdı. ”İnter” dən çox üstün və gözəl oyun sərgilədik, amma alınmadı. Texniki heyətlə birlikdə bu işlə çox ciddi maraqlanacağıq. Baxaq görək, sonda nə olacaq? Bununla kifayətlənməyəcəyik. Növbəti ildə də Avropanın qapılarını yenidən döyəcəyik".

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə