Milli komanzmızın məşqçisi Mahmud Qurbanov Qol.Az saytına müsahibəsində “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində bu gün İtaliya “İnter”i ilə qarşılaşacağı oyun haqda sualları cavablandırıb
- Komandamızın bugünkü oyunundan nə gözləyirsiniz?
- Yaxşı nəticəyə inanıram. Bu gün “Qarabağ”ı nə qədər çətin oyun gözlədiyi hər kəsə bəllidi. “İnter” Avropanın ən böyük klublarından biridir. Onlar Bakıya ikinci heyətlə gəlmələrinə baxmayaraq yenə də komandamızın işi asan olmayacaq.
- Yaxşı nəticəyə inandığınızı dediniz. Proqnozunuz necədir?
- Hər şey “Qarabağ”ın öz əlindədir. Doğma meydan və çılğın azarkeş amili komandamızın oyununa yaxşı mənada təsir göstərəcək. Çətin də olsa, “Qarabağ”ın “pley-off”a çıxacağına inanıram. Məncə, bu gün komandamız uğurlu nəticə qazanacaq və Azərbaycan futbolunda tarix yazacaq. Çünki bugünkü matç Azərbaycan futbolu üçün ən vacib qarşılaşmadır. Bunu bizim kimi “Qarabağ”ın hər bir üzvü dərk edir. Bizimlə müqayisədə İtaliya futbolu xeyli güclüdür. Ancaq “Qarabağ”ın növbəti mərhələyə çıxacağına çox ümidliyik.
- Çoxları hesab edir ki, “İnter”in ikinci heyəti “Qarabağ” üçün daha arzuolunmaz rəqib olacaq. Siz necə düşünürsünüz?
- “Qarabağ” “İnter”lə İtaliyada qarşılaşıb. Qurban Qurbanov rəqibin əsas heyətini yaxşı analiz edib. Ancaq Bakıya gələn gənc futbolçuların potensialı bəlli deyil. Bu baxımdan komandamız üçün bir qədər çətinlik ola bilər. Həmçinin, gənclər daha əzmkar mübarizə aparacaq və özlərini sübut etməyə çalışacaq. “Qarabağ” futbolçuları da bunu nəzərə almalı və matçın sonuna qədər güclərini qorumalıdırlar.
- “Qarabağ”ın qol silahı sayılan Reynaldo Silva zədə səbəbindən bugünkü görüşdə iştirak etməyəcək. Onun yoxluğunda “Qarabağ”ın qələbəsinə ümid edə bilərik?
- Düzdür, Reynaldonun yoxluğu cidddi itkidir. Çünki İtaliya klubları əsasən müdafiədən oynayır. Reynaldo rəqib üçün başağrısı ola bilərdi. Ancaq Vüqar Nadirov da göstərir ki, ona güvənmək olar. Reynaldo yoxdu deyə komandamız ruhdan düşməməlidir. Vüqar Reynaldonu lazımınca əvəzləyə bilir.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video