"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün qarşılaşacaqları İtaliya "İnter"i ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ” bu gün Avropa Liqasında “İnter”lə çox önəmli oyuna çıxır. Klub rəhbəri olaraq bu görüşdən nə gözləyirsiniz?
- Bütün Azərbaycan xalqını komandamızın qazandığı uğurlar münasibəti ilə təbrik edirik. “Qarabağ” adını dünyada tanıtdırmaq hamımız üçün böyük bir fəxrdir. Xalqımızın “Qarabağ”ı layiqli şəkildə dəstəkləməsini gözləyirəm. Qoy, bu meydandan ancaq qələbə və sevinc səsləri gəlsin. Burada olmağımın səbəbi də komandanın son durumu ilə tanış olmaq və bizim tərəfdən edilə biləcək işlərlə maraqlanmaqdır. Baş məşqçi Qurban Qurbanov, oyunçular və fan klublarla görüşdüm. ”İnter”lə oyunöncəsi sektorlarda nizam-intizam olmalı və tamaşaçıların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır. ”Qarabağ”ın bu uğurları Azərbaycan idmanının inkişafının bariz nümunəsidir. Biz bilirik ki, bu oyunda klubumuz “İnter” üçün çox çətin bir rəqib olacaq. Tam səmimi deyirəm ki, mən “Qarabağ”ın qələbəsinə inanıram.
- “Qarabağ” növbəti mərhələyə keçəcəyi tədqirdə komandaya hansısa xüsusi mükafat nəzərdə tutmusunuzmu?
- Qazandığımız uğurlara görə çox xoşbəxtik. Bu, bütün Azərbaycan xalqının nailiyyətidir. Biz bu uğurları maddiyatla ölçmək istəmirik. Bu tarixi qələbələri yaşamaq özü bir hədiyyədir. Maddi mükafat məncə çox vacib deyil. Biz hər zaman komandanı lazımi səviyyədə dəstəkləmişik. Təki komandamız qalib gəlsin, biz hər şey etməyə hazırıq.
- “Qarabağ” - “İnter” oyunu üçün Tahir Gözəldən bilet istəyənlərin sayı çoxdurmu?
- Bilirsiniz, “Qarabağ”ı istəyən insan mütləq bu meydanda komandanın yanında olmalıdır. Bəli, xahiş edənlər çox olub. Biz də əlimizdən gəldiyi qədər dostlarımıza bilet hədiyyə edirik. Amma yenə də “Qarabağ”a dəstək vermək üçün bu biletlər alınmalıdır. Bütün azarkeşlərin dəstəyi ilə daha böyük uğur əldə edə bilərik.
- “İnter”in Bakıya əsas heyətlə gəlməməsi “Qarabağ”ın işinə yarayacaqmı?
- Əlbəttə ki, bu, bizi sevindirir. ”İnter” artıq qrupda öz işinin öhdəsindən gəlib. Növbəti mərhələyə vəsiqəni özləri üçün təmin ediblər. Biz isə “Qarabağ” adını Avropaya tanıtdırmaq üçün tarixi bir fürsət əldə etmişik. Bu məsələ ilə bağlı baş məşqçi və futbolçularla söhbətim olub. İtaliyada ”İnter”in əsas heyəti ilə qarşılaşanda da biz çox gözəl oyun sərgilədik. Həmin oyunu Bakıda da sərgiləyə bilsək, bu meydanı qələbə ilə tərk edəcəyik.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib