“Bizi çox vacib oyun gözləyir. Qrupun son oyunudur. Bilirik ki, çox məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, sabah ən düzgün oyunumuzu göstərək. Ən çox istəyim odur ki, doğma azarkeşlər önündə məğlub olmayaq. Bilirəm ki, bunu bütün futbolçularımız istəyir. Rəqibin oyun sistemində bir qədər dəyişiklik oıub. Bu, yeni baş məşqçi ilə bağlıdır. Bu, bizim oyunumuza mane ola bilər. Bütün bunlara baxmayaraq çalışacağıq ki, azarkeşləri və sizləri sevindirək”
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda sabah İtaliya “İnter”i ilə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
- Sabah Bədavi Hüseynov və Reynaldo oynaya biləcək?
- Reynaldo sabah oynaya bilməyəcək. Bədavi isə bu gün komanda ilə məşqə çıxdı. Onun oynayıb-oynamayacağı sabah bilinəcək.
- “İnter”in Bakıya ikinci heyətlə gəlməsi “Qarabağ”ı sevindirə bilər?
- Bu fikirlər komandamıza mane ola bilər. Məncə, “İnter”in ikinci heyəti əsas heyətdən zəif olmayacaq. Çünki onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Əgər “İnter” əsas heyətlə oynasaydı, bizim üçün daha rahat olardı. Çünki onların hər birini tanıyırıq.
- Demək olarmı “Qarabağ” sabah Avroliqa tarixinin ən vacib matçına çıxacaq?
- Bu günə qədər verdiyimiz nəticələrə baxsaq, elə görünür. Ancaq “Tvente” ilə oyundan əvvəl də belə bir fikir formalaşmışdı. Həmişə açıqlamalarımda bildirmişəm ki, bugünkü oyun nədər vacibdirsə, sabahkı daha vacibdir.
- “Qarabağ” Avropada göstərdiyi oyunla Azərbaycan futbolunda məğlubiyyət psixologiyasını dağıtdı. Komandanız qrupdan çıxsa, bizim futbol ictimaiyyəti sizdən Avropa Liqasının qalibi olmağınızı tələb edəcək. Buna hazırsınız?
- Qoy, biz qrupdan çıxaq, nə düşünürlər, düşünsünlər.
- “Qarabağ” hələ ki, qrup mərhələsinin ev oyununda qalib gələ bilməyib. Bunu sabah edə bilərsiniz?
- Bu gün ancaq qələbə haqda düşünsək, yanılarıq. Rəqibin kimliyindən asılı olmayaraq qalib gəlməyə çalışırıq. Bəzən bacardığımızdan artığını edirik, bəzən isə istədiyimiz alınmır. “İnter”lə “Qarabağ”ı hərtərəfli müqayisə etsək, rəqibin çox üstün olduğunu gösrərik. Bəzən bərabərlik qələbə qədər önəmi olur. Həqiqətən sabah azarkeşlərimz qarşısında uduzmağı istəmirik.
- “Sent-Etyen”lə oyunda Almeyda çoxlu top itkisi ilə yadda qaldı. Oyunda sonra bildirdi ki, bu, oyunun yeni mövqedə oynaması ilə bağlıdır.
- Bu, hər bir futbolçuda ola bilər. Hər bir oyunda futbolçuların mövqeyində dəyişiklik ola bilər. Lazım gəlsə, sabah da mövqeyində dəyişiklik olacaq. Məncə, Almeyda top itkisindən çəkinmir.
- Demək olarmı sabah bir qulağınız Ukraynada olacaq?
- Yox, ikisi də burda olacaq (gülür). Ancaq ola bilər ki, oyunun sonuna yaxın futbolçulara hər hansı bir məlumat verilsin.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib