"Ayntraxt" klubunun baş məşqçisi Tomas Şaaf komandanın düşərgəsində baxışda olan "Neftçi"nin qapıçısı Emil Balayev haqda danışıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Frankfurt təmsilçisinin çalışdırıcısı E.Balayevin yaxşı təsir bağışladığını bildirib:
"Emil Balayev yaxşı təsir bağışlayır. Səviyyəsi məni qane edir. Lakin qısa müddətdə onun haqda dəqiq fikir söyləmək olmaz. Bu həftə onun buradakı müddəti başa çatacaq. Bundan sonra Balayevi yenidən sınaqdan keçirməyə çalışacağıq".
Qeyd edək ki, Emil Balayev dekabrın 12-dək "Ayntraxt"ın düşərgəsində baxışda olacaq.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video