“Qəbələ” bu gün ruminıyalı baş məşqçisi Dorinel Munteanunu istefaya göndərə bilər. Bu haqda Qol.Az saytına klubun meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, məşqçilər korpusu komandanın uğursuz çıxışına görə məsuliyyəti öz üzərinə götürüb.
“Premyer Liqada Xəzər Lənkəran”a 0:3 hesablı məğlubiyyətdən sonra məşqçilər heyəti uğursuz çıxışlara görə məhz özlərininin məsuliyyət daşıdığını və istefaya getməyə hazır olduqlarını bildirib. Onlar klub rəhbərliyinə dedilər ki, komanda bu mövsüm daha yaxşı çıxış etməli idi”.
Z.Əzizov deyib ki, klub rəhbərliyi baş məşqçinin istefası ilə əlaqədar bu gün yekun qərar çıxaracaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 13 oyundan 14 xal toplayan “Qəbələ” 6-cı yeri tutur.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video