AZAL klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqamızın son turunda “İnter”ə uduzdunuz. Görüş haqda fikirlərini bilmək istərdik.
- Səfər oyunu olsa da, meydana yalnız qələbə üçün çıxmışdıq. Çünki artıq qış fasiləsinə az qalıb. Fasiləyə yuxarı pillələrdə getmək istəyirik. Oyunun çtin olacağını bilirdik. Çünki “İnter”in uzun müddət bir yerdə oynayan kollektivi var. Məğlub olsaq da, yaxşı oyun sərgilədik. Qalib gələ də bilərdik. Demək olar ki, bərabər səviyyəli qarşılaşma oldu. İkinci hissənin ortalarından oyunun sonuna qədər isə üstün tərəf biz idik. Təəssüf ki, künc zərbəsindən qol buraxdıq.
- Yəni uduzsanız da rəqibdən zəif oynamadınız?
- Bəli, demək olmaz ki, hansısa komanda üstün oldu. Ani diqqətsizliyimdən qol buraxdıq. Müdafiəçilərimiz rəqibin hücumçusu Franko Nildonu boş buraxdılar, o isə bu səhvi bağışlamadı.
- Etiraf etmək lazımıdr ki, son turlardakı oyununuzu nümayiş etdirə bilmədiniz.
- Razıyam, son turlar komandamızın oyununda irəliləyiş var. Artıq futbolçular bir-birini yaxşı başa düşür, meydanda mübariz keyfiyyətlərin göstərirlər. Həm “Qəbələ”, həm də “Neftçala” ilə kubok oyununda hesabda geri olmağımıza baxmayaraq qaıib gəlməyi bacardıq. Bu da komandanın əzmkarlığından xəbər verir. “İnter”lə görüşə də qələbə əzmi ilə çıxmışdıq. Minimum hədəf isə uduzmamaq idi. Lakin belə alındı.
- Bəlkə qeyd etdiyin son qələbələr komandada arxayınlıq yaradıb?
- Biz bütün oyuna çıxanda danışırıq ki, hər matçın öz dəyəri var. Arxayınlaşmaq yox, əksinə, daha da artırmaq lazımdır.ki, turnir cədvəlindəki mövqeyimizi düzəldək. Məncə, hər bir futbolçumuz bunu dərk edir.
- Komandanız doğma meydanda qələbə qazana bilmir. Burada azarkeş amili nə dərəcədə rol oynayır? Nəzərə alaq ki, ən az azarkeş dəstəyi olan komandalardan biri AZAL-dır.
- İstər-istəməz azarkeş amili də burada rol oynayır. Azarkeş dəstəyi olmayanda evdə oynadığını hiss etmirsən. Sanki hansısa səfər matçındasan. Qonaq komanda təzyiqi hiss etməlidir. Onu da bilirəm ki, azarkeşləri stadiona gətirmək bizdən asıldır. Yəqin yaxşı oynamamışq ki, onlar bizdən üz döndərib. İndi azarkeşləri stadiona biz qaytarmalıyıq. Bunu oyunumuzla, qələbələrimizlə edə bilərik.
- Qış fasiləsinə az qalıb. AZAL isə hazırda 8-ci pilədə qərarlaşıb. Bu nəticə göstərdiyiniz oyuna uygundur?
-Əminliklə deyə bilərəm ki, bugünkü nəticəmiz göstərdiyimiz oyuna uyğun deyil. Bir neçə tur əvvəl “Simurq”la oyunda qələbəyə yaxın idik. Matça əlavə edilən 3-cü dəqiqədə qol buraxıb, qələbəni əldən verdik. Daha sonra “Qəbələ” ilə oyunda hakim qələbəmizə mane oldu. Əgər həmin oyunlarda qalib gəlsəydik, indi liderlər qrupunda olan komandalarla mübarizə apara bilərdik. Qış fasiləsinə qədər iki oyunumuz var. Çalışacağıq ki, bu görüşlərdən altı xal qazanaq. Qış fasiləsinə AZAL-ın layiq olduğu yerdə yollanmalıyıq. Səmimi deyirəm, komandamızın oyunu var, görürsünüz ki, rəqib qapılarına xeyli qo vurmuşuq. Ancaq qapımızdan da çox qol buraxırıq. Gərək bunun üzərində işləyək ki, qapımızı toxunulmaz saxlayaq.
- Deməli, hələ də çatışmazlıqlar var?
- Bəli, çoxdur. Komandamız 3-4 aydır ki, qurulub. Futbolçuların əksəriyyəti yenidir. Qış fasiləsində çatışmazlıqların üzərində işləyəcəyik və inanıram ki, istədiyimiz pilləyə yüksələ biləcəyik. Komandanın durumunu nəzərə alsaq, mövsümü 5 və ya 6-cı sırada tamamlamaq bizim üçün qənaətbəxş sayıla bilər. Ancaq komandamızın potensialı imkan verir ki, növbəti illərdə medallar uğrunda mübarizə aparsın.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib