Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Qarabağ” – “Neftçi” matçından (0:0) sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərlə görüşüb. Qol.Az-ın xəbərinə görə, o, bu matç, İtaliya “İnter”i ilə dekabrın 11-də keçiriləcək qarşılaşma və Robert Prosineçkinin millimizin baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı fikirlərini bildirib.
- Əvvəlcə bugünkü görüşlə bağlı fikirlərini öyrənmək istərdik.
- Çox çətin oyun keçdi. Hər iki komanda oyuna ehtiyatla başladı. Nəticə oyuna görə oldu. Bir xal bizim üçün pis deyil. “Neftçi”dən xal almadığımız oyunu uğursuz adlandırmaq olmaz.
- Artıq “İnter”lə Bakıda keçiriləcək oyunu düşünmək olarmı?
- “Sent-Etyenlə” səfər matçından sonra milli çempionatda iki ağır oyun keçirdik. Avropa Liqasında “İnter”lə keçirəcəyimiz oyun barədə düşünməyə vaxtımız az idi. Bilirik ki, bizi çox ciddi oyun gözləyir. Bu qarşılaşmanın məsuliyyətini indidən dərk edirik. Daxili çempionatda qələbə qazanmaq çox çətin olur, nəinki Avropa Liqasında. Ona görə də bilirik ki, “İnter”lə qarşılaşça çox ağır keçəcək. Əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.
- “İnter”in əsas heyət futbolçularının bir neçəsini Bakıya gətirməyəcəyi ilə bağlı məlumatlar yayılıb...
- Bu haqda məlumatımız var. Amma elə düşünün ki, “İnter”in ikinci heyətilə oynamaq daha ağırdır. Çünki əgər oynamayan futbolçulara şans versələr, onlar baş məşqçinin etibarını qazanmaq üçün özlərini göstərməyə çalışacaq və daha istəkli oynayacaqlar. Ümumiyyətlə, hansı heyətlə oynayacaqlarından asılı olmayaraq, bizi ağır oyun gözləyir.
- Komandanızda zədəli futbolçuların olması sizə problem yaratmayacaq?
- Əsas heyətimizin bir neçə futbolçusu zədəlidir. Emeqara isə çempionatda oynasa da, Avropa Liqasında bizə kömək edə bilmir. Bu da əlavə çətinlikdir.
- Bədavi Hüseynovun zədəsi ciddidir?
- Bədavi ağrıya dözümlü futbolçudur. Onun ayağını tutub oyundan çıxmasının ilk dəfə şahidi oldum. Zədəsinin nə dərəcəd ciddi olub-olmaması yaxın günlərdə aydınlaşacaq.
- “Qarabağ”a “İnter”lə oyun öncəsi təziqlər varmı?
- “Sent Etyen”lə matçdan sonra “Simurq”və “Neftçi”yə qarşı ağır oyunlar keçirdik. Bu səbəbdən təzyiqlər az idi .Amma “İnter”lə oyun öncəsi təzyiqlər olacaq. Bu isə bizə ziyan vura bilər. Biz öz azarkeşlərimiz önündə oynayacağıq və hər birimiz bu məsulliyyəti hiss edirik. Gəlin, bi raz səbirli olaq.
- “İnter”lə oyunu sizin karyeranızın ən önəmli qarşılaşması hesab etmək olarmı?
- Önəmlidir oyundur. Amma karyeramın ən önəmli qarşılaşması deməzdim. Bundan öncə bir çox vacib oyunlarım olub. Bunlar arasında builki “Tvente” ilə cavab qarşılaşmasını deyərdim. Çünki ilk dəfə qrup mərhələsində oynayacaqdıq. Bundan başqa milli komandanın heyətində də bir çox belə oyu olub.
- Milli demişkən, Robert Prosineçkinin təyinatı ilə bağlı fikirlərin necədir?
- İlk növbədə ona uğurlar arzulayıram. Bütün oyunlara gəlməsindən, futbolçulara göstərdiyi diqqətdən sonra inanıram ki, millimizlə uğur qazana biləcək. Prosineçkinin hücum futbolunu seçməsi bizim üçün yenilik olacaq. Amma bütün bunlar heç də asan olmayacaq. Çünki qrup oyunları çox çətin olur.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib