Bakının “İnter” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacağınız AZAL-la oyuna necə hazırlaşırsız?
- Artıq bir neçə gündür məşqlərimiz davam edir. Bütün gücümüzü qoyub bu oyuna yaxşı hazırlaşmağa çalışırıq ki, qalib gələk. Çünki uduzub liderlərdən uzaqlaşmaq istəmirik.
- Bu tur əsas rəqiblərinizdən “Qarabağ” və “Neftçi”nin öz aralarında oyunu var. Kimin xal itirməsi sizin üçün sərfəli nəticədir?
- “Qarabağ”ın xal itirməsini istərdim. Çünki biz AZAL-a qalib gəlsək, aramızdakı xal fərqini azalda bilərik.
- Qış fasiləsinə turnir cədvəlində hansı yeri tutmaqla getmək sizi qane edəcək?
- Bu il əsas məqsədimiz çempion olmaqdır. Buna görə də qış fasiləsinə kimi qarşımızda duran vəzifənin bir hissəsini həll edib ilk üçlükdə qərarlaşmaq istəyirik. “İnter” hər mövsüm çempionluğa oynayan komandadır.
- Robert Prosineçkinin millinin baş məşqçisi təyin olunmasına necə qarşıladın?
- Fikrimcə, bu, bizim üçün yeni nəfəs olacaq. Gənc məşqçidir. O da istəyər ki, gələcək karyerası üçün uğur əldə etsin. Prosineçkini futbolçu kimi izləmişəm. Amma məşqçi karyerası haqda məlumatım yoxdur. Bəlkə də onun sisteminin bizə xeyiri dəyəcək.
- Prosineçki deyib ki, millidə gəncləşdirmə siyasəti aparacaq. Səncə, bizdə belə perspektivli gənclər var?
- Əslində “İnter”, “Qarabağ”, “Neftçi” və digər klublarımızda çox yaxşı gənc futbolçu çıxış edir. Sadəcə olaraq, onlara şans vermək lazımdır. Məncə, bu, yaxşı qərardır.
- Bəs, özün necə, millidən dəvət gözləyirsən?
- Milli komanda üçün çox darıxmışam. İki ildir demək olar, milliyə çağırılmırdım. Yenidən Azərbaycan millisinin şərəfini qorumağı çox istəyirəm.
-Səncə, Berti Foqts Azərbaycan futboluna nə verdi?
- İlk günlərdə Foqts futbolçulara dəyər verirdi. Sistem olaraq çox yaxşı seçimlər edirdi.Ondan sonra artıq o, adiləşməyə başladı. Gedənin arxasınca danışmaq düzgün deyil. Foqtsun millini çalışdırdığı vaxtlarda yaxşı nəticələrimiz də oldu. Bir çox güclü komandalara qarşı layiqli mübarizə apardıq. Türkiyə, Belçika, Rusiya kimi komandalardan Bakıda xal almağı bacardıq. Son oyunlarda Foqtsun uğursuzluğunun səbəbi heyətdə tez-tez dəyişiklik etməsi idi. Həmişə gedib əcnəbilərdən “yapışırdı”. Mən həmişə demişəm, oyunçularla da danışmışıq ki, türklərin yerinə özümüzünkülər millidə oynasa, yaxşıdır. Onlar bizə xeyir vermir. Əgər bizimkilərdən üstün olsaydılar, təbii ki, başımız üstə yerləri var.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib