Ruslan Abışov “Qəbələ”də qalacaqmı?

Ruslan Abışov “Qəbələ”də qalacaqmı?
ÖLKƏ FUTBOLU 5 Dekabr 2014 / 16:00 5561
-  A +

“Qəbələ” klubunda icarə əsasında çıxış edən milli komandamızın üzvü Ruslan Abışov gələn ilin yanvar ayında məxsus olduğu “Rubin” klubunun düşərgəsinə yollanacaq.

Bu barədə Qol.Az-a “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib.

“Biz Ruslanın qərarını gözləyirik. İşimizi də buna görə quracağıq. “Rubin”dən Ruslana bildiriblər ki, yanvar ayının 13-də komandanın düşərgəsində olsun”.

Klub rəsmisi “Qəbələ”nin təcrübəli müdafiəçi ilə yolları davam etdirmək istədiyini qeyd edib: “Biz Ruslanı komandada saxlamaq istəyirik. Bunun üçün həm “Rubin”, həm də Ruslanın qərarı lazımdır”.

Qeyd edək ki, bu ili iyun ayından“Qəbələ”də çıxış edən Ruslan Abışovun icarə müqaviləsi dekabrın 18-də başa çatacaq.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer