Bəzən gedən proseslərə elə dəqiq proqnoz vermək olur ki, hətta özünə də inanmağın gəlmir. Yox, hansısa futbol və yaxud mərc oyunlarından söhbət getmir. Misal üçün “Qarabağ”ı deyə bilərəm. İllər öncə Qurban Qurbanov sözügedən komandanın sükanı arxasına keçəndə buna əmin idim. Bunu kiməsə isbatlamaq niyyətim yoxdu, heç müzakirə mövzum da bu deyil. Amma, yaxın tarixə nəzər salsaq pis olmaz.
Sadiq oxucularımızın yadına gələr, vaxtilə Fanat.az saytını “Qarabağ”ın müdafiəsində günahlandırır, çirkin və sifarişli yazılarla üstümüzə gəlirdilər. Hətta “bunların bir komandası var - “Qarabağ”, bunlar üçün bir məşqçi var - Qurban Qurbanov” kimi fikirləri yazılarında böyük şriflərlə yazırdılar. Xeyr, heç vaxt belə olmayıb, indi də belə deyil. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, klubun daxilində gedən proseslər uğurlu nəticədən xəbər verirdi. Yalnız zaman lazim idi. Necə ki, “Qarabağ” rəhbərliyi lazımi dəstəyi və vaxtı Qurban Qurbanova verdi.
Biz də öz sayəmizdə həmkarımız Nurlan İbrahimova inanıb, əlimizdə olan imkandan yararlanaraq lazımınca dəstək verdik. Azarkeşlər də sevimli komandalarını heç vaxt yalnız qoymadı ki, bunun da nəticəsində ƏN BÖYÜK adına layiq oldular. Bəli, uğurun ressepti məhz budu. Hər kəs inanacaq və inandığı üçün mübarizə aparacaq.
Qeyd etdiyim kimi, müzakirə mövzum bu deyil, sadəcə misal çəkdim. Misal çəkdim ona görə ki, bu gün dəstəyə ehtiyacı olan onlarla, yüzlərlə Azərbaycan oğlu var. O oğullar ki, dəfələrlə Azərbaycan bayrağını başı üzərinə qaldırıb. Bu qəhrəmanlardan biri də Fariz Məmmədovdu. Bəli, məhz qəhrəman. Mənim üçün bayrağımı zirvələrə qaldıran, muxtəlif ölkələrin arenalarında himnimi səsləndirən insanlar qəhrəmandı. Amma...
Amma, belə düşünməyənlər də var. Həmişə olduğu kimi yenə də mənşəyi bilinməyən ünsürlər baş qaldırıb. Farizin uğurlarını həzm edə bilməyənlər öz məddahları vasitəsi ilə mətbuat səhifələrinə mərsiyyələr ötürməkdədi. Bunların fikrincə, əgər insan ibadət edirsə, o, mütləq vəhabidi. Bu fikirlər əslində tanışdı. Eyni taktika, eyni yol. Vaxtilə Qurban Qurbanovu, Rəşad Sadıqovu da eyni yolla “Qarabağ”da vəhabi qruplaşması yaratmaqda ittiham edirdilər. Sonu nə oldu? İndi heç kəsi Qurbanovun, Sadıqovun dini baxışları düşündürmür. Çoxluq onları sevir və uğurlarının davamlı olacağına inanır.
Növbədə Fariz Məmmədovdu. Bu insan peşəklar rinqdə 19 döyüş keçirib və yalnız ikisində məğlub olub. İndi onu şərəfsizcəsinə qıcıqlandırıb cəmiyyətdən təcridmi etmək istəyirlər? Elə bil pusquda dayanıblar. Bir müddət əvvəl uduzduğu döyüşdən dərhal sonra vəhabi məsələsini gündəmə gətirirlər. Onu tanımadan və bilmədən, dini baxışlarına bələd olmadan. Belə çıxır ki, bu ölkədə namaz qılan hər kəs vəhabidi?
Bir dəfə Farizi itirdik, amma qazanmışıq yenidən. O da məhz özünün xarakterinə görə. Yeddi il həbs həyatı yaşayandan sonra Fariz rinqə qayıtdı. Hər idmançı belə xarakter nümayiş etdirə bilməzdi, amma Fariz etdi. Ən diqqət çəkən fakt isə budu ki, onun qayıdışı da möhtəşəm oldu: Fariz peşəkar boksda Avropa çempionu olmaqla idmanımızın tarixinə düşdü.
Amma görünür, onun bir idmançı və bir insan kimi yüksəlişini kimlərsə həzm edə bilmir, haqqında “donos”lar yazaraq onu şərləməyə, gözdən salmağa cəhd edir, özlərinin çirkin oyunun qurbanına çevirmək istəyir.
Bunlar öz yerində. Mənə maraqlı gələn Farizin bir müddət əvvəl Bakıda rus boksçusuna yenilgisindən sonra verdiyi açıqlama oldu. Deyir ki, növbəti döyüşdə uduzsam, boksu tərk edəcəm. Yanlış yanaşmadı. Bu, əslində peşəkar rinqimizin boş qalmasını arzulayan ünsürlərin dəyirmanına su tökməkdi. Məmmədov bilməlidi ki, hər kəs öz sahəsində əsgərdi. Onun payına Vətən bayrağını, şərəfini rinqlərdə qorumaq düşür. Və onun bu gün rinqi tərk etməyə haqqı yoxdu. Bu, mənəvi cinayətə bərabər olardı.
Fariz, unutma, bayrağını, millətini sevən hər kəs sənin qələbənə sevinir, məğlubiyyətinə üzülür. Peşakar idmanda qələbələr də var, məğlubiyyətlər də. Sən bu Vətənin rinqlərinin əsgərisən. “Uduzsam, rinqdən gedəcəm” kimi fikirləri beynindən çıxart! Uğurların ardı gələcək. Biz səninlə fəxr edirik. Sevindir bizləri! Dualarımız səninlə...
Əli Sahib, Fanat.az
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq