“Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətinin Qol.Az saytına
müsahibəsi
- Komandanızın hazırlıq prosesi necə gedir?
- Çempionatın son turunda oyunsuz qaldıq. Biz də komandada düşkünlük olmasın deyə “Qəbələ” ilə Premyer Liqada keçiriləcək oyunun hazırlıqlarına başladıq. Əsasən zədəli oyunçularımızın yenidən meydana qayıtmaları üçün xüsusi çalışmalarla məşğul oluruq. Qırmızı vərəqə cəzalısı olan Əfran İsmayılov və Sadio Tounkara oynaya bilməyəcək. Rauf Əliyevin də oyuna hazır olması üçün həkimlər əllərindən gələni əsirgəmir. Qalan bütün futbolçularımız qarşıdakı oyuna hazırdır.
- “Araz Naxçıvan“ la həm çempionatda, həm də kubokda ardıcıl oyununuz olmadı. Bu komandada ruh düşkünlüyü yaratmayıb ki?
- Bəzi problemlər yaradıb. Milli komandanın oyunları ilə əlaqədər yaranan fasilə komandamızda oyun ritminin pozulmasına gətirib çıxardı. Hər şeyi yeni yoluna qoyduğumuz bir anda belə vəziyyətin yaranması isə bizə əlavə problemlər yaradır. Bu tək bizə aid deyil. Bütün klublarda bu vəziyyət yarana bilər. Amma bir yandan da zədəli oyunçuların sağalıb komandaya kömək edə bilməsi üçün belə fasilələr yerinə düşdü.
- Komandanızın bəzi futbolçuları müdafiəçilərinizin zəifliyindən şikayət edir?
- Çempionatda oynadığımız bütün qarşılaşmalara nəzər salanda görürük ki, biz rəqiblərimizin üstünlüyündən yox, öz səhvlərimizdən qol buraxmışıq. ”İnter”ə məğlubiyyətin əsas səbəbi də elə müdafiə xəttindəki səhvlərimiz idi. ”Neftçi” ilə son oyunda isə futbolçularımızın təbliğata uymaması üçün çox xəbərdarlıq etdim. Hesabda irəlidə olduğumuz bir oyunda iki qırmızı kartın alınması da elə oyunçuların səhvləri idi. Halbuki, biz o oyunda üç və ya dörd qol vura bilərdik. Oyunlarımızın əksəriyyətində üstün olan və ən çox qol vəziyyəti yaradan tərəf bizik, amma kiçik yalnışlıqlardan məğlub duruma düşürük.Əsas məqsədimiz də ilk yarının sonunda bu problemləri aradan qaldırmaqdır.
- Qış fasiləsində “Xəzər Lənkaran”a yeni futbolçular dəvət edəcəksinizmi?
- Müdafiə və hücum xəttində yeni futbolçulara ehtiyacımız var. Bu, “Xəzər Lənkaran”ın vacib məsələlərindən biridir. Bu yöndə çalışmalarımız demək olar ki, başlayıb. Həm Azərbaycan, həm də xaricdə oynayan futbolçuların bəziləri ilə maraqlanırıq. Bunların da içindən layiq olanları kluba dəvət edib seçimimizi edəcəyik.
- “Qarabağ”ın Avroliqada növbəti mərhələyə keçəcəyinə inanırsınız?
- “Qarabağ” Azərbaycan futboluna örnək bir klubdur. Buna görə həm Qurban Qurbanova, həm də oyunçularına təşəkkür etmək lazımdır. Avropada oynadıqları rəqibləri çox güclü komandalardır. Onlara qarşı çox düzgün mübarizə aparırlar. “Qarabağ””Dnepr”i Bakıda məğlub etsəydi, daha yaxşı vəziyyət ola bilərdi. Qrupdan çıxmaq üçün çox gözəl imkanları var idi. O ki qaldı “İnter”lə Bakıdakı oyuna, əminəm ki, “Qarabağ” çox gözəl və layiqli mübarizə aparacaq. Rəqibin oyununa mane olmaq lazımdır. Yəni rəqibin top vurmasına imkan verməməlidir. İnanıram ki, bütün bunları komanda şəklində doğru edib, “İnter”i məğlub edə biləcəklər. Çünki Qurban Qurbanovun komandası həqiqətən bu gücə sahib komandadır.
- “Qarabağ”ı Türkiyə superliqasında çıxış edən böyük klublardan hansı ilə müqayisə edə bilərsiniz?
- “Qarabağ”ı “Qalatasaray”, “Fənərbaxça” və digər belə klublarla müqayisə etmək komandanıza haqsızlıq olardı. Çünki onlarla müqayisədə “Qarabağ”ın büdcəsi çox aşağıdır. Bu klubların komandaya cəlb etdikləri futbolçuların hamısı adlı-sanlıdır. Amma “Qarabağ” bu gün Türkiyə superliqasında çıxış etsə, çox yaxşı oyun göstərə bilər. Yüksək yerlər uğrunda mübarizə apara bilər.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib