Fransanın “Lö kiosk” qəzetində Avropa-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın “Qarabağ” futbol komandasından bəhs edən məqalə dərc olunub.
Qol.Az-ın AzərTac-a istinadən yaydığı xəbərə görə, məqalədə ölkəmizin ən güclü futbol klublarından olan bu komandanın Fransada az tanındığı, onun oyunçularının əksəriyyətinin Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Ağdam rayonunu təmsil edən məcburi köçkünlərdən ibarət olduğu diqqətə çatdırılıb. Öz ölkələrində populyar olan komandaların hər birinin maraqlı tarixçəsi olduğunu qeyd edən müəllif Mari Giyon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən işğal olunan Ağdam rayonunun “Qarabağ” komandasının Azərbaycanda və Avropa liqasında keçirdiyi oyunlar barədə ətraflı məlumat verib.
Məqalədə əslən Ağdamdan olan, Lionun Siyasi Elmlər İnstitutunun doktorantı Elşən Mustafayevə istinadən “Qarabağ”ın vaxtı ilə oynadığı stadionun ermənilər tərəfindən dağıdılmasından, ermənilərin apardıqları etnik təmizləmə siyasətinin qurbanı olan ağdamlıların öz doğma yurdlarını tərk etməsindən, çətinliyə baxmayaraq komandanın ölkə birinciliyi yarışlarında iştirak etməsindən və əldə etdiyi uğurlardan söhbət açılıb.
“Qarabağ”ın cəbhə bölgəsinə yaxın meydançada məşq etməsinin riskli olması, erməni snayperlərinin oyunçuların həyatı üçün təhlükə yaratması səbəbindən onların Bakının Tofiq Bəhramov adına stadionda məşq etdikləri bildirilib. Ermənilərin apardığı işğalçılıq siyasəti ucbatından komandanın 1993-cü ildən bəri öz meydançasında oynamadığı diqqətə çatdırılan məqalədə oyunçuların qazandıqları qələbələri doğma Ağdamda öz meydançalarında qeyd edə bilmədikləri vurğulanıb. Müəllif klubun “Qarabağ” adlanmasının heç də təsadüfi olmadığını qeyd edib.
Məqalədə Qurban Qurbanovun məşqçisi olduğu vaxtdan komandanın yaxşı nəticələr əldə etdiyi diqqətə çatdırılıb. Məhz onun sayəsində komandanın cari ilin may ayında ikinci dəfə Azərbaycan çempionu titulunu qazandığı vurğulanıb.
Müəllif “Sent Etyen” komandası ilə matçda “Qarabağ” futbolçularının yaddaqalan oyun nümayiş etdirdikləri, hətta rəqib komandanın qapısına qol vuraraq oyunun əvvəlində irəli çıxdıqları və xalları bölüşdürdükləri bildirilib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib