Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda “İnter”lə qarşılaşacaq “Qarabağ”ın heyətində üç zədəli (Cumbinyo, Dias və Reynaldo) olsa da, komandada vərəqə cəzası səbəbindən qarşıdakı matçı buraxacaq futbolçu olmayacaq.
Qol.Az saytının xəbərinə görə, cari mövsüm Ağdam klubunun yeddi futbolçusu Avroliqanın müxtəlif oyunlarında sarı vərəqə alıb, qırmızı vərəqə ilə cəzalandırılan isə olmayıb. “Qarabağ”da hazırda ən çox sarı vərəqə alan Maksim Medvedyevdir: onun üç sarı vərəqəsi var. Vərəqələrdən biri pley-off mərhələsində - “Tvente” ilə oyunda, digər ikisi isə “Dnepr” və “Sent-Etyen”lə qrup matçlarında alınıb.
“Qarabağ”ın meneceri Asif Əsgərov Qol.Az-a bildirib ki, Avropa Liqasının 2014/15-ci il mövsümü üçün əsasnaməsinə görə, təsnifat mərhələsində alınan sarı və qırmızı vərəqələr qrup mərhələsində avtomatik ləğv olunur. Bu isə o deməkdir ki, hazırkı durumda Maksimin yalnız qrupda aldığı iki sarı vərəqə qüvvədədir. Əsasnaməyə görə, qrup mərhələsində üç sarı vərəqə alan futbolçu bir oyunu buraxır. Qrupda bir dəfə cəzalı duruma düşmüş futbolçu, bundan sonra artıq üç deyil, iki sarı vərəqə alacağı halda növbəti oyunu buraxmaq məcburiyyətində qalacaq.
Beləliklə, indiki halda “Qarabağ”da vərəqə səbəbindən cəzalı duruma düşməyə ən yaxın oyunçu Maksim Medvedyevdir. Əgər o, “İnter”lə matçda da bir sarı vərəqə alarsa, o zaman bir oyunla cəzalandırılacaq. Bu halda o, “Qarabağ” 1/16 finala düşərsə, həmin mərhələnin ilk oyununu, yox, mübarizəni dayandırarsa, o zaman növbəti mövsümün ilk oyununu buraxacaq.
“Qarabağ”da Maksimdən sonra ən çox sarı vərəqə alan Qara Qarayevdir: iki dəfə. Lakin Qara bir sarı vərəqəni “Tvente” ilə pley-off, digərini isə “Dnepr”lə qrup matçında aldığı üçün onun bir sarısı ləğv olunur. Ümumilikdə, hazırkı durumda “Qarabağ”ın sarı vərəqə cəzası olan futbolçularının siyahısı belədir:
Maksim Medveyev, 2 sarı vərəqə (“Dnepr” və “Sent-Etyen”lə oyunlarda)
Qara Qarayev, 1 sarı vərəqə (“Dnepr”lə oyunda)
Ansi Aqolli, 1 sarı vərəqə (“Dnepr”lə oyunda)
Bədavi Hüseynov, 1 sarı vərəqə (“Dnepr”lə oyunda)
Muarem Maurem, 1 sarı vərəqə (“İnter”lə oyunda)
Leroy Corc, 1 sarı vərəqə (“Sent-Etyen”lə oyunda)
Vüqar Nadirov, 1 sarı vərəqə (“Dnepr”lə oyunda)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib