"Müdafiəçilərin bərbad oyununa görə uduzduq"

"Müdafiəçilərin bərbad oyununa görə uduzduq"
ÖLKƏ FUTBOLU 29 Noyabr 2014 / 17:26 3376
-  A +

"Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı, mən rəqibi təbrik edirəm".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 14-cü turunda məğlub olduqları AZAL-la oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

A.Məmmədov komandasının müdafiə xəttində problemlərin olduğunu bildirib: "Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda irəlidə olduğumuz vaxtda adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun