"Uğursuz seriyaya son qoyduq" - Tərlan Əhmədov

"Uğursuz seriyaya son qoyduq" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 29 Noyabr 2014 / 17:20 3040
-  A +

"Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 14-cü turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (3:2) sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis komandasının bu qələbə ilə uğursuz seriyaya son qoyduğunu bildirib: "Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik. Düşünürəm ki, bu gün ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim.

Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.

Son xəbərlər