"Qarabağ"ı bu gecə daha çətin oyun gözləyir"

"Qarabağ"ı bu gecə daha çətin oyun gözləyir"
ÖLKƏ FUTBOLU 27 Noyabr 2014 / 16:16 4981
-  A +

“Qarabağ” “Sent Etyen”i necə lazımdırsa təhlil edib. Bircə  o qalır ki, futbolçularımız meydana çıxıb, öz oyunlarını sərgiləsinlər”.

Bu sözləri Qol.Az saytına açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Lqasının qrup mərhələsində bu  gecə “Sent Etyen”lə qarşılaşcağı oyun haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, Fransa klubu ilə Bakıda keçirilən ilk oyunla müqayisədə “Qarabağ”ın işi daha çətin olacaq: “Sent Etyen” Bakıda biabırçı oynadı. Demək olmazdı ki, bu komanda Fransa təmsilçisidir. Yalnız müdafiəyə fikir verirdilər. Ancaq bildiyimə görə, “Sent Etyen” öz meydanında çox güclü olur. Buna görə də “Qarabağ”ı bu gecə daha çətin oyun gözləyir”.

Mircavadov “Qarabağ”ın heyətində olan itkilərin oyuna təsir edəcəyini bildirib: “Reynaldo oynamasa, “Qarabağ”ın işi ağır olacaq. Ancaq unutmayaq ki, Qurban Qurbanovun komandası kollektiv oyun sərgiləyir. Hər şey futbolçuların özlərdindən asılıdır Hər halda komanda bir futbolçudan asılı olmamalıdır. “Qarabağ” Fransadan ən azı heç-heçə ilə qayıtmalıdır ki, “pley-off”a yüksəlmək şansını saxlasın. 

Xatırladaq ki, “Sent Etyen” – “Qarabağ” matçı bu gecə Bakı vaxtı ilə 00:05-də başlayacaq.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə