"Gördüm ki, "Neftçi"nin futbolçusu yerə yıxılıb, özünü öldürür"

"Gördüm ki, "Neftçi"nin futbolçusu yerə yıxılıb, özünü öldürür"
ÖLKƏ FUTBOLU 25 Noyabr 2014 / 12:02 7398
-  A +

"Çox maraqlı və gərgin oyun oldu. Biz bu matçdan qələbə ilə ayrılmalı idik. Çünki əvvəldən axıra qədər üstün tərəf biz olduq. Çoxlu qol şanslarımız olsa da, cəmi iki qol vura bildik. Qələbə qazanılası oyunda xal itirdiyimiz üçün çox üzülürük.

Bu sözləri Qol.Az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun futbolçusu Əfran İsmayılov Premyer Liqamızın 13-cü turunda "Neftçi" ilə keçirilən oyun (2:2) haqda danışarkən deyib.

Komandasının ikinci qolunun müəllif olan təcrübəli yarımmdüdafiəçi həm də meydandan qovulmaqla yadda qalıb.  Baş verənlərə münasibət bildirən İsmayılov hakimin gülünc qərar qəbul etdiyini vurğulayıb: "Həmişə dava-dalaşdan uzaq olmuşam. Həyatımda ilk dəfədir ki, qırmızı vərəqə alıram. Oyun zamanı bir neçə dəfə futbolçular arasında mübahisə düşdü. Mən isə  qıraqda durdum. Çünki belə işlər mənlik deyil. Ancaq hakim heçnədən məni cəzalandırdı. "Neftçi"nin futbolçusu Karlos Kardozo ilə söhbət etdik, sonra yanından keçəndə əlimlə yavaşca qulağına toxundum. Arxaya çönüb baxanda gördüm ki, Kardozo yerə yıxılıb, özünü öldürür, başını, qulağını tutub. Qeyd etdiyim kimi, həyatımda ilk qırmızı vərəqəni aldım. Təəssüf ki, belə gülünc vəziyyətdə qırmızı vərəqə ilə cəzalandırıldım. Ancaq hakimin qərarına müdaxilə edə bilmərəm".

Ə.İsmayılov baş məşqçisi Oğuz Çətinin "Əfranın etdikləri bağışlanmazdır" deməsinə də münasibət bildirib: "Baş məşqçimizi başa düşürəm. Əlbəttə ki, üzüldüyü üçün belə deyib. Hesabda irəli olduğumuz vaxtda Tounkara ilə mən komandamızı pis vəziyyətdə qoyduq. Buna görə də baş məşqçimizin dedikləri başadüşüləndir. Heçnədən "Neftçi"yə bir xal verdik. Təbii ki, hamımız üzülürük".



"Neftçi"nin futbolçusu Karlos Kardozo




Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi