”Oyuna pis başladıq. Çox asan qollar buraxdıq."İnter" kimi güclü komandaya qarşı matçda 0:2 hesabı ilə geriyə düşmək və sonradan oyun qurmaq çox çətindir. Rauf Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə bilmədiyimizə görə məyusam".
Qol.Az-ın PF-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının 12-ci turunda "İnter"ə uduzduqları (1:3) oyundan sonra deyib.
O, qarşılaşma ərzində hakimlərin kobud səhvlərə yol verdiyini bildirib:
"Bu qarşılaşmaya qədər hakimlikdən danışmamışam. İndi isə deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı idi. Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldır”.
Qeyd edək ki, "İnter" - Xəzər Lənkəran" matçını Rəhim Həsənov idarə edib.
Nəriman artıq ABŞ-dadır
"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov
İmişlidə vurulan 4 qol - Video
"Liverpul" "Monako"nun gənc oyunçusunu hədəfə aldı
Az oyun şansı qazandığı üçün klubdan gedir
"Qarabağ"ın 6 qollu möhtəşəm qələbəsindən - Video
"Neftçi"də yeni təyinat baş tutdu
Daha az maaşla "Çelsi"yə keçə bilər
Aşağı liqa təmsilçilərinə uduzaraq kubokla vidalaşdılar
A seriyası matçında qapılara yalnız bir dəqiq zərbə vuruldu
"Roma" zədəli Dibalanın müqaviləsini yeniləyəcək?
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu
"Qarabağ"ın matçında “Futbol hamı üçün” aksiyası keçirildi
Ronaldo investisiya etdi, ən populyar kluba çevrildi
"Qalatasaray" - "Liverpul" matçının hakimləri bilindi
"Şamaxı" - "İmişli" matçından - Video
2-ci liqada 17-ci tura start verildi