"Sanki stadionumuz lənətlənib" - Tərlan Əhmədov

"Sanki stadionumuz lənətlənib" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 20 Noyabr 2014 / 18:57 3584
-  A +

"Məndə futbola qarşı antipatiya yaranır"
 


"Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turunda bərabərə qaldıqları "Qəbələ" ilə oyundan (3:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ev oyunlarının son dəqiqələrində top buraxaraq xal itirmələrinə təəssüfləndiyini bildirib: "İki xal itirdiyimizə görə təəssüflənirəm. Sanki stadion lənətlənib. 2013-cü ilin dekabrın 21-dən öz meydançamızda qələbə qazana bilmirik. Üstün olduğumuz oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya yaranır".

Son xəbərlər