"Hakimlər diqqətli olsunlar" - İbrahim Uzunca

"Hakimlər diqqətli olsunlar" - İbrahim Uzunca
ÖLKƏ FUTBOLU 20 Noyabr 2014 / 16:36 3594
-  A +

"Oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm. Onlara öz təşəkkürümü bildirirəm".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 12-ci turunda məğlub olduqları "Qarabağ"la oyundan (2:4) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis matçın hakim idarəçiliyindən gileylənib: "İndiyə qədər hakimlərə heç bir iradım olmayıb. Amma deməliyəm ki, "Qarabağ" kimi komandaya köməklik göstərmək düzgün deyil. Hakimlərə demək istəyirəm ki, gələcəkdə bir az diqqətli olsunlar."Qarabağ"a isə Avropa Liqasında uğurlar arzulayıram”.

Son xəbərlər