Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Qol.Az-ın məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Tura "Bakı" - "Qarabağ" oyunu ilə start verilib. "Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasından sonra 3 xalı silinərək liderliyi əldən verən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qorumağa çalışacaqdı. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Bakı" isə öz meydanında qalib gəlməklə vəziyyətini yaxşılaşdırmaq niyyətində idi. Lakin səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" liderliyə yüksəlib.
Paytaxtın digər təmsilçisi AZAL doğma azarkeşləri önündə "Qəbələ"ni sınağa çəkib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 3:3.
Premyer Liqanın hazırkı lideri "Neftçi" klubu isə bu tur Zaqatalaya səfər edib. Son Azərbaycan kubokunun sahibi səfərdə "Simurq"a qalib gəlməklə liderliyini qoruya bilərdi. Lakin səfərdə "Simurq"a 0:1 hesabı ilə uduzan "Neftçi" liderliyini əldən verib.
Turun mərkəzi qarşılaşmasında "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Bu komandaların turnir cədvəlinin qonşu pillərində qərarlaşması oyuna olan marağı bir qədər də artırırdı. "İnter Arena"da keçirilən oyun "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırdığı üçün "Sumqayıt" bu tur istirahət edəcək.
20 noyabr
Premyer Liqa, 12-ci tur
18:00. “İnter” – “Xəzər Lənkəran” - 3:1
Qollar: Junior Nildo, 9 (1:0), Mikel Alvaro, 18 (2:0), 74 (3:0), Fernando Qabriel, 90+3 (3:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
Bakı. “İnter Arena”.
14:00. “Bakı” – “Qarabağ” - 2:4
Qollar: İnnosent Emeqara, 6 (0:1), Nuran Qurbanov, 10 (1:1), İnnosent Emeqara, 15 (1:2), Risto Ristoviç, 36 (2:2), Reynaldo, 70 (2:3), Leroy Corc, 78 (2:4)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. AZAL – “Qəbələ” - 3:3
Qollar: Laşa Kasradze, 23-avtoqol (0:1), Eduardo Makiel, 32 (1:1), Viktor İqbekoyi, 50 (2:1), Markinyos, 70 (2:2), Freddi Mombonqo, 80 (3:2), Cavid Hüseynov, 87-pen (3:3)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
Bakı. “AZAL Arena”.
17:00. “Simurq” – “Neftçi” - 1:0
Qol: Draqan Çeran, 18-pen (1:0)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu.
Turnir cədvəli
Bombardirlər
Mikel Alvaro (“İnter”) - 7 qol
Nurlan Novruzov ("Bakı") - 5 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol
Cavid Hüseynov ("Qəbələ") - 4 qol
İnnosent Emeqara ("Qarabağ") - 4 qol
Rəşad Eyyubov ("Simurq") - 3 qol
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib