AFFA "Kəpəz" və "Şəmkir"i cəzalandırdı

AFFA "Kəpəz" və "Şəmkir"i cəzalandırdı
ÖLKƏ FUTBOLU 18 Noyabr 2014 / 16:11 2529
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan birinci divizionunun son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan birinci divizionun XI turunun “Neftçala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan birinci divizionun XI turunun “Lokomotiv” – “Şəmkir” matçının 90+2-ci dəqiqəsində “Şəmkir” klubunun 29 nömrəli futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar