19 yaşadək futbolçulardan ibarət yığmamıza dəstək olmaq məqsədilə Macarıstana gedən əməkdar məşqçi Ağasəlim Mircavadov oyunlar başa çatdıqdan sonra təcrübəli affa.az saytının suallarını cavablandırıb. Qol.Az həmin müsahibəni təqdim edir.
- Turnirlə bağlı sizdə hansı təəssürat formalaşdı?
- Uzun müddət idi bu cür turnirləri izləmirdim. 19 yaşadək futbolçulardan ibarət yığmamızın oyununu ilk dəfə görürdüm. Yığmamız 3 oyun ərzində cəmi bir hissə ağıllı, baxımlı futbol nümayiş etdirdi. O da Sloveniya yığması ilə qarşılaşmanın birinci hissəsində oldu. Bu matçda qələbə qazanmaq çox vacib idi. Çünki digər oyunda artıq elit-raunda vəsiqəni təmin etmiş Slovakiya təşkilatçı Macarıstanı qəbul edirdi. Oyundan əvvəl çoxları slovakların meydan sahiblərinə güzəştə gedəcəklərini düşünürdü. Ancaq Slovakiya fair-play nümayiş etdirdi və əbəs yerə lider olmadığını göstərdi. Müqayisə aparsaq, iştirakçı komandalar arasında Slovakiya yığmasının oyununu daha çox bəyəndim. Bu yığmanın üzvlərinin futbola baxışı, oyun tərzi, meydançadakı iş əmsalı, hücumun istiqamətini bir cinahdan digərinə dəyişməsi yüksək səviyyədə idi. Slovakiya yığmasının heyətində yer alan futbolçulardan 2-3 nəfəri bizim Premyer Liqa klublarında rahat şəkildə oynayacaq gücdədir. Həmin futbolçular İngiltərə, İtaliya kimi ölkələrin klublarının üzvləridir.
- Bəs komandamız niyə 6 hissədən 5-də zəif təsir bağışladı?
- Macarıstan yığması ilə matçdan sonra özüm üçün təhlillər apardım. Həm Slovakiya, həm də Macarıstan komandasına oyun planında uduzduq. Macarıstan yığmasına vurduğumuz qol rəqib qapıçının bizə hədiyyəsi oldu. Məhz bu qol sayəsində ikinci pilləni tutduq. Açığı, bununla bağlı məşqçilərlə də söhbət etdik. Onlar da komandanın bu cür zəif çıxış etməsinə təəccüblənirlər. Çünki U-19 Xorvatiyada, Makedoniyada toplanışda olub, yoxlama oyunları keçirib. Cinahlarımız yalnız Sloveniya yığması ilə matçda öz işinin öhdəsindən gələ bildi. Bunu da cəmi bir hissə izlədik. İkinci hissədə isə erkən qol futbolçularda təlaş yaratdı, başladılar vaxtı “öldürməyə”. Amma 40 dəqiqə uzun müddətdir və edilən dəyişikliklər müəyyən qədər kömək oldu. Texniki imkanlarına görə futbolçularımız elə də seçilmirlər, amma aralarında “vuruşan”lar var. Onlardan Vadim Ağarəhimovu qeyd edə bilərəm.
- Bəzi futbolçular var ki, haqlarında müsbət fikirlər söylənilirdi. Amma turnir çərçivəsində bunun şahidi olmadıq. Sizcə, niyə?
- Mən də bəzi futbolçular haqda çox eşitmişdim. Onlar klublarında da əsas heyətdə meydana çıxırlar. Bəs niyə zəif oynadıq? Bunu mütləq analiz etmək lazımdır. Bunu da məşqçilər heəti edəcək. Çünki elit-raundda daha güclü komandalar çıxış edəcək. İstənilən halda, komandamızı təbrik edirəm. Bu uğurun özülünü Mirbağır İsayev qoydu. U-17-nin vəsiqə qazanması U-19 üçün də stimul oldu.
- Elit-raundla bağlı hansısa tövsiyələriniz oldumu?
- Biz elit-raunda çıxışla kifayətlənəcəyiksə, bu, düzgün yanaşma deyil. Bu uşaqlardan çox şey tələb olunmalıdır. Çünki AFFA rəhbərliyi komandaya hər cür şərait yaradıb, onlar il ərzində müxtəlif toplanışlarda olub, yoxlama oyunları keçiriblər. Bununla bağlı onlara məhdudiyyət qoyulmayıb. Bunun müqabilində futbolçularımız da istəniləni verməlidirlər. Elit-raundla bağlı isə güclü təhlil aparılmalı, axtarışlar davam etdirilməlidir. Təbii ki, püşkdən də çox şey asılıdır. Çünki İspaniya, Almaniya, Hollandiya, Belçika, Avstriya, Fransa, İtaliya kimi güclü komandalar qrupumuzda yer ala bilər. Əlbəttə, hazırlıq planı da mütləq olmalıdır.
- Təşkilatçılıqla bağlı nə deyə bilərsiniz?
- Təşkilatçılıq çox zəif idi. Əvvəllər istirahət günlərinin birində komandaları şəhərin və ya ölkənin görməli yerlərinə ekskursiyaya aparırdılar, əgər ölkədə əsas yığmanın oyunu keçirilirsə, ora dəvət edirdilər. Macarıstanda olarkən bunu görmədik. Belə ki, noyabrın 14-də seçmə mərhələnin matçı çərçivəsində Macarıstanın və Finlandiyanın əsas yığmaları qarşılaşdılar. Biz həmin görüşü izləmək istəsək də, təşkilatçılar buna şərait yaratmadılar. Bundan başqa, meydançalar da ideal vəziyyətde deyildi. Düzdür, təbii ot örtüklü idilər, ancaq kələ-kötür yerlər çox, ot seyrək idi. Müqayisə aparsaq, Tofiq Bəhramov adına Respublika stadionunda və ya 8-ci km qəsəbə stadionunda vəziyyət bundan daha yaxşıdır. Qəbələdəki stadionlar ideal olduğundan bu haqda geniş danışmaq istəmirəm.
- Uzun fasilədən sonra U-17 və U-19 eyni ildə elit-raunda vəsiqə qazandı...
- Bu, sevindirici haldır. Əsas odur ki, davamlı olsun. Görüləsi işlər isə çoxdur. Futbolçularımız taktiki planda çox zəifdirlər. Bu istiqamətdə çalışmalar həyata keçirilməlidir. Sloveniya ilə qarşılaşmanın birinci hissəsindəki oyunun daimi olmasına çalışmalıyıq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib